Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün Moskvada keçirilmiş görüşü zamanı münaqişə tərəflərinin humanitar əməkdaşlıq sahəsində əməl etməli olduğu vacib məqamlar müəyyənləşdirilib.
Bunu Trend-ə azərbaycanlı politoloq Arzu Nağıyev nazirlərin görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskva görüşü humanitar sahədə üç vacib məqamı müəyyən edib:
“İlk növbədə, nazirlər əsirlikdə saxlanılan hərbçilərin ailə üzvləri ilə görüşə bilməsi üçün tədbirlər görülməsi barədə razılıq əldə ediblər. İkincisi, xarici işlər nazirləri iki ölkənin sakinləri arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri yolu ilə konkret işlərə başlamağa hazırlıqlarını ifadə ediblər. Üçüncüsü isə onlar kənd təsərrüfatı işləri zamanı münaqişə zonasında sabit vəziyyətin saxlannması barədə razılığa gəliblər” .
Politoloqun fikrincə, bu üç məqam humanitar əməkdaşlığa aid olan substantiv danışıqların vacib komponentləridir. O qeyd edib ki, görüşün yekunlarına əsasən, humanitar məsələlərin həllinə doğru addımlar atılıb, amma qlobal baxımdan münaqişə nizamlanmamış qalır:
“Fikrimcə, bu görüşün ardınca növbəti görüş baş tutmalıdır, amma bu üç razılaşmanın icra olunmasından sonra. Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə isə Azərbaycanın mövqeyi dəyişməz qalır: biz birmənalı olaraq hesab edirik ki, çoxillik problemin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpası və sərhədlərinin toxunulmazlığı, erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması və qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına qayıtması şərti ilə mümkündür”.
Baxış sayı: 1 412
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

