FACT-INFO.AZ » AKTUAL » Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir
13-03-2019, 12:25 | AKTUAL
Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir

Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur, ancaq bununla belə, əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur. Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri və üstəlik ATƏT-in Minsk qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daim Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib. Deputat qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Fransanın 59 şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər böyükdür. Fransanın Baş naziri ilə görüşdə dəmir yolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır. Heç şübhəsiz, Fransa yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi üzərinə ciddi öhdəlik götürüb və biz digər həmsədr ölkələrlə bərabər bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik. Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir.

H.Babaoğlu əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin tənzimlənməsi ilə bağlı 4 qətnaməsi var. Münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində çox da sadə olmayan bir mərhələdə Fransa Baş nazirinin belə mövqe bildirməsi, əslində, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında səsləndirilən “Helsinki Yekun Aktında göstərilən milli müqəddəratı təyinetmə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır” prinsipini dəstəkləmək kimi başa düşülür. Bu bəyanatı qəbul edən ölkələrdən biri həmsədr ölkə kimi elə Fransadır. Bütün bunları ümumiləşdirsək görəcəyik ki, Azərbaycanın Birinci vitse-prezidentinin səfərinin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər, həm də mühüm siyasi tərəfləri də var və bu, bizim üçün olduqca əhəmiyyətlidir.




Baxış sayı: 1 424
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30