FACT-INFO.AZ » AKTUAL » Azay Quliyev: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin də Paşinyanın sülh danışıqlarını təhdid edən bəyanatlarına münasibət bildirməyin vaxtıdır”
9-03-2019, 21:45 | AKTUAL
Azay Quliyev: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin də Paşinyanın sülh danışıqlarını təhdid edən bəyanatlarına münasibət bildirməyin vaxtıdır”

Fact-info.az xəbər verir ki, bunu "Trend"ə ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında ilk dəfə idi ki, sülh danışıqları ilə bağlı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu ilin yanvar ayında verdikləri bəyanatları müsbət qiymətləndirdi və Assambleyanı bu müsbət mesajları dəstəkləməyə çağırdı: "Lakin Paşinyanın son davranışı və səsləndirdiyi fikirlər danışıqların nəticə verəcəyinə olan ehtiyatlı optimizmi aradan qaldırır. Martın 2-də mətbuata verdiyim açıqlamada qeyd etdiyim kimi, Paşinyanın bəyanatlarını və davranışını təhlil edəndən sonra məndə şəxsən belə bir təsəvvür yaranır ki, bu adam sülh prosesinə məsuliyyətlə yanaşmır, bəlkə də nə istədiyinin, nə danışdığının fərqinə varmır".

A.Quliyev əlavə edib ki, N.Paşinyan gah danışıqların formatını dəyişməyə, separatçıları danışıqlar masası ətrafında oturtmağa cəhd edir, gah da xarici işlər nazirini görüşə göndərir, Azərbaycan Prezidenti İlham Əliyevi görən kimi isə təmas qurmağa çalışır və ikitərəfli danışıqlara hazır olduğunu bildirir: "Düşünürəm ki, Paşinyan ya daxili ictimai rəydən və rəqiblərindən ehtiyat edərək rəsmi danışıqlardan fərqli mövqe sərgiləmək və bu cür pafoslu danışmaq məcburiyyətindədir, ya da bu insan sadəcə səmimi deyil, məsələnin ciddiyyətini və məsuliyyətini tam anlamır. Hesab edirəm ki, hər iki vəziyyət Ermənistan üçün təhlükəlidir və Ermənistan xalqına yaxşı heç nə vəd etmir. Paşinyan gözəl bilir ki, beynəlxalq statusa malik danışıqlar formatını dəyişmək mümkün deyil, buna nə Azərbaycan, nə də bu formatı təsdiq etmiş ATƏT razı olmaz".

ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, bu cür cəhdlərin irəli sürülməsi Ermənistanın danışıqlar prosesindən imtina etməsi anlamına gəlir və danışıqlara alternativ olan hərb variantını daha da aktuallaşdırır: "Bizim diplomatiya bu reallığı bütün mümükün imkanlardan istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı davam etdirməlidir. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də Paşinyanın sülh danışıqlarını təhdid edən bəyanatlarına münasibət bildirməyin vaxtıdır. Hamı bilir ki, Ermənistan rəhbərliyi tərəfindən bu cür ziddiyyətli və anlamsız bəyanatlar verilməsinin və vaxtı süni şəkildə uzadılmasının heç bir siyasi perspektivi yoxdur. Çünki, necə deyərlər, "divar qurtarandan" sonra Paşinyan və onun komandası konkret və dəqiq siyasət sərgiləmək və sərgilədiyi siyasətin nəticələrinə qatlanmaq məcburiyyətində qalacaq. Bu baxımdan Paşınyanın vaxtı getdikcə daralır. Ümid edirəm ki, yaxın həftələrdə gözlənilən rəsmi görüşlər baş tutacaq, Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı mövqeyinə və siyasətinə tam aydınlıq gətiriləcək və biz də buna uyğun olaraq atacağımız sonrakı addımları bir daha nəzərdən keçirəcəyik".




Baxış sayı: 1 657
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30