FACT-INFO.AZ » AKTUAL » "Dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir"
7-03-2019, 08:55 | AKTUAL
"Dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir"

Uzun müddətdir vətəndaşları narahat edən belə bir ciddi problemin həllinə bu qədər konstruktiv yanaşma bir daha onu göstərdi ki, ölkə rəhbərliyi sıravi vətəndaşların qayğılarına çox həssaslıqla yanaşır və hər zaman onları düşünür. Hesab edirəm ki, dövlət başçısınin qeyd etdiyi kimi 2019-cu il həqiqətən də "sosial inqilablar ili" olacaq və qəbul edilən qərarlar, verilən fərman və sərəncamlar Azərbaycanın, onun vətəndaşlarının rifahının yüksəlməsinə xidmət edəcək.

Trend-in məlumatına görə, bu fikri jurnalistlərə açıqlamasında millət vəkili Xanlar Fətiyev bildirib. O əlavə edib ki, ölkə rəhbərinin apardığı məqsədyönlü sosial və iqtisadi inkişaf siyasəti artıq öz bəhrəsini verməkdədir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın iqtisadi potensialı artdıqca dövlət vətəndaşlar üçün şəraitin yaxşılaşdırılması, onların maddi rifahının yüksəldilməsi ilə bağlı vacib qərarlar qəbul edir. 800 mindən çox insanın probleminə yardımçı ola biləcək bu fərman da həmin qəbildəndir. Xanlar Fətiyev qəbul olunan qərarlar və sərəncamların vətəndaşlar arasında çox sevinc və coşqu ilə qarşılandığını, böyük ruh yüksəkliyi yaratdığını əlavə edib:

“Bu günlərdə seçicilərlə görüş zamanı bir daha əmin oldum ki, dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir və onlar cənab Prezidentin bu vacib və qətiyyətli qərarlarından çox sevinirlər. Görüşlərdə dövlət başçısına öz minnətdarlıqlarını çatdıran sıravi vətəndaşlar minimum əmək haqqının və müavinətlərin, əmək pensiyalarının əhəmiyyətli dərəcədə artırılmasını çox yüksək qiymətləndirdilər. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiya kursu ölkə iqtisadiyyatına yeni stimul verir və bu siyasətin önündə Azərbaycan vətəndaşı amili dayanır”.




Baxış sayı: 1 405
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30