FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənilərin Gürcüstanda növbəti təxribatı
14-02-2019, 09:55 | TƏDQİQATLAR-ANALITIKA
Ermənilərin Gürcüstanda növbəti təxribatı

Belə ki digər kilsələrə iddia irəli sürərək öz “kiçik Ermənistanlarının” sayını çoxaldır və bu yolda yorulmadan səylə çalışırlar. Belə ki Gürcüstanda erməni katolik kilsəsi, erməni dini qurumları rəsmi olaraq 465 gürcü məbədinə iddia qaldırıblar. Ermənilərin gürcü müqəddəs məbədlərinə iddiasının əsasında, guya Gürcüstan ərazisində 650 erməni kilsəsinin olduğunu elmi tədqiqatları ilə araşdıran, erməni tarixini saxtalaşdıran Samvel Karapetyan durur. Ən maraqlısı da odur ki Samvel Karapetyan heç bir əsası olmadan tamamilə yalan məlumatla Vardziya kilsəsini “Vardzunik” adlandıraraq “erməni” abidələri sırasına aid edir. Bu məbədləri ələ keçirmək üçün müxtəlif vasitələrə əl atırlar. Buna misal olaraq, Gürcüstanın cənubunda yerləşən dünyaca məşhur Vardziya kilsə kompleksində Müqəddəs Məryəm ananın vəfatı ildönümü mərasimində törədilən yanğını göstərmək olar. Bu zaman liberal kütləvi informasiya vasitələri gürcü pravoslav kilsəsini “yanğın təhlükəsizliyi qaydalarına” əməl etmədiklərinə görə günahlandırmışdılar.

Yanğın şam satılan masanın üstünə kiminsə yanan şam qoymasından başlıyıb. Bu yanğın nəticəsində kilsə divarlarında kilsənin gürcü mənşəli olduğunu sübut edən unikal freskalar yanğın tullantıları ilə (karbon monoksitlə) örtülərək ziyan görmüşdü. Buradan belə nəticə çıxarmaq olur ki kimsə bunu bilərəkdən etmişdi. Maraqlısı da odur ki bu yanğında məhz kilsənin gürcü mənşəli olduğunu sübut edən təsvirlər yanmışdır. Burdan belə qənaətə gəlmək olur ki bunu xüsusilə təşkil ediblər ki kilsənin gürcü mənşəli olduğunu sübut edən ən bariz nümunələrini yox etsinlər.

Bütün bunlar yanğının necə yarandığını daha da dəqiqliyi ilə araşdırmağa məcbur edir. Məlumdur ki kilsəyə kütləvi turist və ziyarətçi axını gəlir. Onların isə arasında gürcü pravoslav kilsəsinin erməni millətindən olan düşmənləri də az deyil. Hələ 2011-ci ildə erməni kilsə nümayəndələri kütləvi informasiya vasitələrinə şikayət edirdilər ki Vardziya rahibləri orada ermənilərə dua etməyə və müqəddəs bulaqdan istifadə etməyə icazə vermirlər.

Elə həmin ildə dərc olunmuş erməni kilsəsinin ümumi gənclər təşkilatının mərkəzi idarəsinin sədri Karen Petrosyan ilə erməni resurslarının müsahibəsini göstərirəm: “-Hansı proqram ilə Cavaxkdasınız?

-Artıq iki ildir ki erməni Apostol kilsəsində ümumdünya gənclər təşkilatı fəaliyyət göstərir, əsas məqsədləri kilsə daxili ümummilli proqramı tətbiq etməkdir. Təşkilat həmçinin gənclərin Apostol kilsəsinə gəlməsinə təsir edir. Bizim nümayəndələrimizin toplantısında əsasən də Cavaxkdan olan gənc kilsə həvəskarları fəal iştirak edirdilər. Nəticədə Cavaxka, Cavaxk və Şirak ərazisindən ziyarətlər təşkil etmək qərara alındı. Mənim fikrimcə, səyahət çox maraqlı və mənalı keçdi. Bizi hər yerdə keşiş Tayev Marukyan müşayiət edirdi. Bu səyahətlər zamanı ən maraqlsı qayalarda olan Vardziya kilsələr kompleksi idi. Oranın kilsə olmasına baxmayaraq rahiblər bizim orada dua etməyimizi istəmədilər. Bizə dedilər ki, dua edirsinizsə səssiz edin. Hələ biz ora gedəndə kilsə xidmətçisi qayadan axan bulağın suyunu bağladı. Yalnız biz gedəndən sonra açdılar.

-Bu nə deməkdir?

-Mənə elə gəlir ki bu dini hörmətsizlikdir. Bundan başqa gürcü din nümayəndələri erməni Apostol kilsəsinə status verilməsini həzm edə bilmirlər. Mən belə fikirləşirəm ki hər şey sakitləşəndə onlar anlayacaqlar ki 1700 illik tarixə malik kilsə ilə üzləşirlər. Ola bilsin ki onların daxili hissləri bizə dua etməyə mane olub.

-Hansı əsasla sizə dua etməyi qadağan ediblər?

-Bizə dedilər ki burada yalnız pravoslavlar dua edə bilərlər başqaları yox. Doğrusunu desək, biz bilirdik ki Cavaxk ermənilərinin dövlət səviyyəsində də, dini səviyyədə də çox ciddi problemləri var. Bu cür münasibəti görəndə biz şahid olduq ki Cavaxk erməniləri öz yaşayışlarında hansı çətinliklərlə üzləşirlər.” Bu müsahibədən də görünür ki erməni ideoloqları nəinki Samtsxe-Cavaxetiyadakı erməni əhalisinə milli separatçılıq əhval-ruhiyyəsi təlqin edir, hətta gürcü dindarlarını saymadan onların gürcü müqəddəs məbədlərində erməni dilində “dualar” təşkil edərək gürcü məbədlərini mənimsəməyə çalışırlar.

Bu arada Pravoslav kilsələrinin qanunlarına görə bidətləri (pravoslavların nəzərində ermənilər belədir) Pravoslav müqəddəs məbədlərində dua etməsi yolverilməzdir. Bu baxımdan gürcü rahibləri düzgün hərəkət edirlər. Çox vaxt onlar kilsəyə gələnlərin hansı dinə mənsub olduqlarını ayırd edə bilmirlər.

İstisna deyil ki o faciəvi hadisələr zamanı yanğına səbəb olan şamı da məhz bu cür “ziyarətçilərdən” biri məqsədyönlü şəkildə yandırmış və onun ətrafını tez alovlanan maddə ilə işləyib ki yanğının miqyası geniş olsun. Ola bilsin ki bu, tarixi saxtalaşdırdıqları kimi hər cür diversiya təcrübəsi olan erməni terrorçularının xüsusi əməliyyatı olub. Həm də nəzərə almaq lazımdır ki Vardziya kilsəsi Samtsxe-Cavaxetiya regionunda yerləşir.

Yanğından sonra da bərpa işlərini gürcülərin iştirakı olmadan guya “xoşməramlı niyyəti” olan “xeyriyyəçi” bir erməni öz üzərinə götürmüşdür. Əslində isə ermənilər məbədin gürcü mənşəli olduğunu sübut edən gürcü tarixi və mədəniyyət abidələrini, milli-dini freskalarını təmizləməklə onu dəyişib yerinə digər kilsələrdə olduğu kimi onun “erməniliyini” sübut edən “dəlilləri” yaradacaqdılar.

Ona görə də gürcü pravoslav kilsəsinə qarşı yeridilən bu kampaniyanı dəstəkləyən ermənipərəst kütləvi informasiya vasitələri təsadüfi deyil ki pravoslav kilsəsini günahlandırır. Gürcü müqəddəs məbədlərinə qarşı başqa pravokasiyalar da ola bilər. Onun üçün də gürcü cəmiyyəti və gürcü pravoslav kilsəsi çox diqqətli olmalıdır. Erməni milliyyətçiləri təkcə beynini saxta, yalançı təbliğatla doldurduğu öz xalqının deyil, həmçinin gürcü xalqının, gürcü pravoslav kilsəsinin də qəddar düşmənidir. Erməni faşistlərindən hər cür məkrli xəyanətləri gözləmək olar.

Kamal Salayev

AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi




Baxış sayı: 1 441
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30