Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, tarixçi alim Quram Marxuliya söyləyib. Politoloq deyib: “Axalkaliki rayonunun Buğaşen kəndində anadan olmuş, bir müddət Abxaziyada yaşamış Gürcüstan vətəndaşı Mixael Avakyanın sonradan hansı yolla və hansı məqsədlə Ermənistana keçdiyi mənə məlum deyil. Amma Ermənistanın Abxaziya məsələsində gürcülərə, eləcə də, Dağlıq Qarabağda azərbaycanlılara qarşı hansı cinayətlər törətdiyi hamıya yaxşı məlumdur. Bu baxımdan da Mixael Avakyanın Dağlıq Qarabağda törətdiyi cinayətlər sirr deyil. Hesab edirəm ki, belə bir adama abidə qoymaq bizim xalqlarımıza qarşı təxribatdan başqa bir şey deyil”.
Alimin sözlərinə görə, Gürcüstan hökuməti bu məsələyə ciddi yanaşmalıdır. Azərbaycan ilə Gürcüstan arasındakı dostluğa, qardaşlığa, strateji tərəfdaşlığa zərbə vuracaq heç bir addıma yol vermək olmaz. Nəzərə alınmalıdır ki, ermənilər bundan əvvəl də Cavaxetiyada kiməsə abidə ucaldıblar. Bunların heç birinin gürcü xalqı və Gürcüstan hökuməti qarşısında hər hansı xidməti olmayıb. M.Avakyan hətta Gürcüstan dövlətinin milli maraqlarına zidd olaraq bizə yaxın olan bir xalqa qarşı vuruşub. Nə üçün belə bir adama Gürcüstan ərazisində abidə qoyulmalıdır? Mən bunu anlaya bilmirəm.
“Düşünürəm ki, bu cür təxribatçı addımların qarşısı alınmalıdır” – deyə, Marxuliya vurğulayıb. Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni silahlı birləşmələrinin tərkibində döyüşmüş Mikxael Avakyana abidə qoyulub.
Baxış sayı: 1 629
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

