Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “1918-ci il hadisələri: Dünyasını dəyişən şahidlər və unudulmayan tarix filminin çəkilməsi”layihəsi çərçivəsində 4 ay müddətində çəkilən bu sənədli film 1918-ci il soyırımlarından bəhs edir.
Filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru, Mübariz Nağıyevdir.
Müəllifin verdiyi məlumata görə, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını 10 ilə yaxın müddətdə araşdırılıb. Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu. Bu il nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik. Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub.
Baxış sayı: 1 627
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

