FACT-INFO.AZ » AKTUAL » Bilal Dündar: Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi ona olan sevginin göstəricisidir
8-01-2019, 08:55 | AKTUAL
Bilal Dündar: Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi ona olan sevginin göstəricisidir

Fact-info.az-ın məlumatına görə, bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. Sədr qeyd edib ki, bu sorğu Türkiyənin bütün bölgələrində 570 vətəndaş cəmiyyəti arasında keçirilib. Prezident İlham Əliyev Türkiyədə böyük nüfuza sahibdir. O, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərib. Dövlət başçısı dəfələrlə sübut edib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Prezident İlham Əliyev qardaşı və həmkarı Rəcəb Tayyib Ərdoğana dəstək oldu. Türkiyənin çətin zamanlarında qardaş Azərbaycan tərəfindən uzadılan dost əli sadə türk vətəndaşlarında böyük rəğbət yaradıb. Azərbaycan regionda cərəyan edən siyasi məsələlərdə və beynəlxalq iqtisadi layihələrin reallaşmasında Türkiyəyə dəstək verir. Bütün bunların nəticəsidir ki, İlham Əliyev Türkiyədə “İlin dövlət başçısı” adına layiq görülüb.

Federasiya sədri bildirib ki, Türkiyə də hər zaman qardaş Azərbaycanın yanındadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsini öz problemi hesab edir. Bu münaqişə ilə bağlı həqiqətlər Türkiyə dövləti tərəfindən də beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Bilal Dündar qeyd edib ki, Türkiyədə Xocalı faciəsini gənc nəslin yaddaşına həkk etmək üçün onlarla abidə və park istifadəyə verilib. Türkiyənin böyük şəhərlərindən biri hesab olunan Kocaelidə 31 mart və Xocalı soyqırımları ilə bağlı muzey fəaliyyət göstərir. Burada dünyanın 100-dən çox televiziya kanalı xüsusi reportajlar və sənədli filmlər hazırlayıb. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə birgə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evində Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən kitabxana var.




Baxış sayı: 1 431
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30