FACT-INFO.AZ » AKTUAL » İtaliyalı musiqiçi: “Mən Azərbaycanın vurğunuyam”
24-12-2018, 09:25 | AKTUAL
İtaliyalı musiqiçi: “Mən Azərbaycanın vurğunuyam”

Bu sözləri italyan maestro violonçel ustası Pierluici Rucciero AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində deyib. Azərbaycanın tarixi və adət-ənənələri haqqında məlumatlı olduğunu söyləyən maestro ölkəmizin müstəqillik qazandıqdan sonra əldə etdiyi inkişaf və tərəqqidən danışıb. “Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir. Azərbaycan bir çox aspektlərdən Avropaya yaxın bir ölkədir. Bu yaxınlığın tarixi və mədəni səbəbləri var. Belə ki, ölkəniz Avropa Şurasının üzvüdür. Ölkənizin tarixinə, adət-ənənələrinə, milli musiqisinə marağım və həvəsim olduğu üçün Azərbaycan məni həmişə özünə cəlb edib”, - deyə Pierluici Rucciero vurğulayıb. Azərbaycanın musiqisi və muğamı haqqında fikirlərini bölüşən violonçel ustası deyib: “Bənzərsiz musiqi janrı olan muğam UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan olunub. Təbii ki, məni muğamın ecazkar melodiyaları və improvizasiyaları valeh edir. 2015-ci ildə Bakıda Beynəlxalq Muğam Mərkəzində violonçeldə “Sarı gəlin” xalq mahnısını ifa etmək şərəfinə nail oldum. Azərbaycanın İtaliyadakı səfirliyi ilə reallaşdırdığımız ortaq layihələr çərçivəsində ölkənizin musiqi tarixi haqqında məlumatlarımı dərinləşdirdiyimi xüsusən qeyd etmək istərdim. 2014-cü ildən başlayaraq mənə Azərbaycanın görkəmli və istedadlı sənətkarlar ilə əməkdaşlıq etmək nəsib olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qonaq kimi dəvət edilərək paytaxtınızın musiqi gerçəkliyi ilə daha yaxından tanış olmuşam”. Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil edilmiş mədəni tədbirlərin kifayət qədər peşəkar səviyyədə hazırlandığını söyləyən musiqiçi 2016-2018-ci illərdə keçirilmiş üç mötəbər tədbirin təşkilindən zövq aldığını söyləyib. Bildirib ki, Bakı Musiqi Akademiyası ilə Florensiya Konservatoriyası arasında əldə etdiyi üçillik əməkdaşlıqdan olduqca qürur duyur.

O deyib: “2016-cı ilin oktyabrında Romada Azərbaycan səfirliyinin təşkili ilə “Kançellariya” sarayında keçirilən konsertimizin müvəffəqiyyəti gözlənildiyindən də artıq oldu. 2017-ci ilin fevralında Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa təşkil etdim. Bu il oktyabrın 14-də isə İtaliya Respublikası Prezidentinin Kuirinale sarayının “Kapella Paolina” zalında Azərbaycan, italyan və macar musiqiçilərindən ibarət konsert proqramı təqdim olundu”.

Azərbaycanda konsert proqramı ilə çıxış etmək arzusunda olduğunu söyləyən Pierluici Rucciero təəssüflə bildirib ki, Bakıda və ölkəmizin digər şəhərlərində az çıxış edib: “Mən Azərbaycanın vurğunuyam və inanıram ki, bu gözəl ölkədə tezliklə geniş konsert proqramları ilə çıxış edəcəyəm”.




Baxış sayı: 1 647
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30