"Azərbaycan yeritdiyi enerji siyasəti sayəsində etibarlı tərəfdaş, istehsalçı və tranzit ölkəsi kimi ad çıxarıb". Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Transxəzər boru kəməri vasitəsilə Türkmənistan təbii qazının mümkün nəqli zamanı Azərbaycanın tranzit rolu barədə sualı cavablandırarkən bildirib. “Azərbaycanla Türkmənistan böyük təbii sərvətlərə malik ölkələrdir. Enerji sərvətlərinin beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxarılması, tranzit yollarının şaxələndirilməsi Azərbaycanın enerji siyasətinin öncül istiqamətləri arasındadır”, - o qeyd edib. Diplomat enerji ehtiyatlarının tranzitində geniş imkanlara malik Azərbaycanın başqa ölkələrə də bundan yararlanmaq imkanları yaratmağa hazır olduğunu vurğulayıb: “Türkmənistan tərəfi konkret təklif irəli sürsə, biz də bu sahədə zəngin təcrübəyə malik ölkə olaraq bu cür layihəni nəzərdə keçirməyə hazırıq
Baxış sayı: 1 548
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

