FACT-INFO.AZ » CƏMİYYƏT » Hikmət Babaoğlu: Ermənistan siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir
24-11-2018, 08:35 | CƏMİYYƏT
Hikmət Babaoğlu: Ermənistan siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir

. Doğrudur, Cənubi Qafqazda son iki əsrdə formalaşmış olduqca həssas geosiyasi tarazlığı dəyişmək çox çətin olsa da, nəhayət, son bir neçə ildə Azərbaycan buna xeyli dərəcədə müvəffəq olub. Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri əslində Cənubi Qafqazda baş verə biləcək yeni geosiyasi reallığın başlanğıcı idi. Artıq bu dəfə son iki yüz ildə ilk belə hal idi ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişmək üçün diktə edən tərəfə çevrildi. Elə bundan sonra da Ermənistanda eyforiya dövrü başa çatdı və yeni siyasi reallıqlar yaranmağa başladı. Hazırda reallıq ondan ibarətdir ki, işğalçı ölkə siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir. Ona görə də tez-tez səhvlərə yol verir. Dolayısı ilə Azərbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır.

Hikmət Babaoğlu deyib ki, bir müddət öncəyə qədər, sadəcə, Azərbaycan tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun küçə demokratiyası artıq Ermənistanın KTMT-də müttəfiqi olan ölkələr tərəfindən də bu cür dəyərləndirilir. Əlbəttə, bu regional təşkilatın adı və nüfuzu, ilk növbədə, Rusiya ilə bağlıdır. Hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, Ermənistanla Rusiya arasındakı münasibətlər tarixdə heç vaxt olmadığı qədər korlanıb. Ona görə ki, regionumuzda siyasi gerçəklikləri dizayn edən güc mərkəzlərinin tarixi şəraiti, Azərbaycanın yerini və rolunu qiymətləndirmələri üçün soyuqqanlı, qeyri-emosional və obyektiv dəyərləndirmə şərtləri yaranıb. Bu tarixi fürsət həm də Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb.

Rusiya ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində qiymətləndirildiyini deyən deputat hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından hələ də realizə olunmamış geosiyasi resursların mövcudluğunu qeyd edib. Əlavə edib ki, bunun baş tutması üçün, ilk növbədə, regionda işğal faktına son qoyulmalıdır. Bu, bütün region dövlətlərinin siyasi və iqtisadi təhlükəsizliyi baxımından vacibdir. Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər gün bir az daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin əhəmiyyətsiz aktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir.




Baxış sayı: 1 356
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 12 noyabr – Konstitusiya Günü Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30