FACT-INFO.AZ » AKTUAL » Dmitri Savelyev: Təcavüz halında KTMT üzvləri, müqaviləyə əsasən, Dağlıq Qarabağa yox, Ermənistana hərbi dəstək verməlidirlər
16-11-2018, 10:15 | AKTUAL
Dmitri Savelyev: Təcavüz halında KTMT üzvləri, müqaviləyə əsasən, Dağlıq Qarabağa yox, Ermənistana hərbi dəstək verməlidirlər

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev “Pravda.ru” informasiya agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına (KTMT) daxil olmasını müəyyən edən əsas amillər Ermənistanla qarşıdurma deyil, Bakının özünün siyasi iradəsi və Rusiya, Qazaxıstan, Belarus və Tacikistan kimi ölkələrin mövqeyi olacaq. O, əmin olduğunu bildirib ki, rəsmi şəxslərin bu və ya digər çıxışlarını siyasi spekulyasiyaya çevirərək onu qərəzli şəkildə yozmaq lazım deyil. AZƏRTAC xəbər verir ki, “Pravda-ru” agentliyi RF Dövlət Dumasının deputatı Dmitri Savelyevə müraciət edərək təcavüz halında bunu Dağlıq Qarabağ problemi ilə əlaqələndirərək Rusiya tərəfdən Ermənistana hərbi yardım göstəriləcəyi barədə erməni KİV-lərində qaldırılmış hay-küylə bağlı vəziyyətə aydınlıq gətirməsini xahiş edib.

Fact-info.az AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir.

-Rusiyalı siyasətçilər arasında tez-tez belə fikirlər səslənir ki, son dövrlərdə turbulent siyasi proseslər gedən Ermənistanla müqayisədə Azərbaycan daha etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşdır. Bu barədə siz nə fikirləşirsiniz?

-Mən sizə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sözlərini xatırladacağam. NATO-nun Norveçdə keçirilən “Trident Juncture 2018” hərbi təlimlərini müşahidə edən Paşinyan öz ölkəsinin KTMT üzvü kimi qalmaqla NATO tərkibinə daxil olmaq arzusunu bildirib. Bu azmış kimi, erməni siyasətçi deyib: “Əgər Ermənistanın NATO-ya daxil olması üçün KTMT-dən çıxması lazım gələrsə, biz bu şərti yerinə yetirəcəyik”. Son illərdə Ermənistanın hakimiyyət orqanları Şimali Atlantika Alyansının müxtəlif proqramlarında və tədbirlərində iştirak etməklə NATO ilə hərbi-siyasi əməkdaşlığı ciddi şəkildə ön plana çəkirlər, Ermənistanın özündə isə vaxtaşırı müxtəlif antirusiya təzahürləri və bu tipli çıxışlar müşahidə edilir.

Bunun əksinə olaraq Azərbaycan ilə Rusiya arasında rəvan və sabit münasibətlər yaranıb. Bu respublika ardıcıl olaraq hərbi bloklara qoşulmama siyasəti yürüdür, Azərbaycan dövləti regionda baş verən hadisələrə və sabitliyə getdikcə daha çox təsir göstərir. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yaranmış yeni geosiyasi şəraitdə və Azərbaycanın hərbi qüdrətinin artması nəzərə alınmaqla Azərbaycanın KTMT ilə sıx qarşılıqlı fəaliyyəti bu respublikanın özü üçün aktual olardı. Azərbaycan KTMT-nin tərkibinə daxil olan ölkələrlə, o cümlədən hərbi-texniki və hərbi-siyasi sahələrdə artıq əməkdaşlıq edir və mən hesab edirəm ki, əgər Bakı KTMT-yə daxil olmaq arzusunu rəsmən bildirərsə, Rusiya Azərbaycanın bu təşkilata qəbul olunmasını dəstəkləyəcək.

-Bəs Azərbaycanın Qoşulmama Hərəkatında iştirak etməklə KTMT-yə daxil olmasını və Azərbaycanın KTMT ilə əməkdaşlıq prosesinə qoşulmasına Ermənistanın güclü müqavimətini uzlaşdırmaq olarmı?

-Mən bəlkə də sizi heyrətləndirəcəyəm, lakin Belarus da Qoşulmama Hərəkatına daxildir, amma bu, onun hərbi-siyasi ittifaqın fəal üzvü olmasına əngəl törətmir. Ermənistan ilə Azərbaycan arasında gərgin münasibətlərə gəldikdə isə, sizə bir əyani misal göstərim: hər ikisi Şimali Atlantika Alyansının üzvləri olan Yunanıstan və Türkiyə arasında Şimali Kiprlə bağlı münaqişə çoxdan mövcuddur, lakin bu ölkələrin hər ikisi NATO-da qalmaqda davam edir. Azərbaycanın KTMT-yə daxil olmasını müəyyənləşdirən əsas amillər Ermənistanın buna müqavimət göstərməsi deyil, Bakının özünün siyasi iradəsi və Rusiya, Qazaxıstan, Belarus və Tacikistan kimi ölkələrin mövqeyi olacaq. Lazım gələrsə, onlar Ermənistanı inandıra bilərlər ki, o, KTMT-nin əsas iştirakçılarının maraqlarına zidd hərəkət etməsin. Belə zərurət isə var, çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə KTMT-nin qoşulması danışıqlar prosesinə müsbət təsir göstərəcək, ona görə ki bu, Azərbaycan ilə Ermənistanın mövqelərini yaxınlaşdırmağa və onların arasında hərbi əməliyyatların yenidən başlanması təhlükəsini maksimum dərəcədə azaltmağa kömək edəcək. Bu istiqamətdə ilk addım atılıb: KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Astanada təzəcə başa çatmış iclasında altı dövlət başçısı tərəfindən qəbul edilmiş sənədlər arasında müşahidəçi ölkələrin və tərəfdaş ölkələrin hüquqi statusu barədə qərar da vardı. Bu, KTMT-nin başqa dövlətlərlə konstruktiv münasibətləri qarşılıqlı əsasda inkişaf etdirmək üçün açıq və buna hazır olmasına dəlalət edir. Əgər Azərbaycan bu təşkilat ilə bu cür münasibətlərə daxil olarsa, şəxsən mən çox şad olaram.

-Erməni siyasətçilər RF Dövlət Dumasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini Yuri Şvıtkinin sözlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın silahlı kömək barədə vədi kimi qiymətləndiriblər. Bununla əlaqədar yaranmış hay-küyə sizin münasibətiniz necədir?

-Bəri başdan qeyd edim ki, Yuri Şvıtkin yalnız Rusiyanın rəsmi mövqeyini səsləndirib. Bu mövqe heç vaxt sirr olmayıb. Şvıtkin onu da deyib ki, Ermənistana qarşı hərbi təcavüz halında bizim ölkəmiz KTMT-nin üzvü kimi Ermənistanın təhlükəsizliyini təmin etməyə hazırdır. Burada hər hansı yozumlar yersizdir. Bəli, Ermənistanın dörd şəhərində Rusiyanın sərhəd dəstələri var, onlar hələ SSRİ dövründən Türkiyə və İran ilə Ermənistanın sərhədini qoruyurlar. Müqaviləyə əsasən, Yerevana qarşı təcavüz halında təşkilatın üzvü olan bütün ölkələr, Rusiya da daxil olmaqla, Ermənistana hərbi dəstək göstərməyə borcludurlar, amma Dağlıq Qarabağa - yox. Onu da qeyd edim ki, Kollektiv Təhlükəsizlik haqqında 15 may 1992-ci il tarixli Müqaviləyə müvafiq olaraq KTMT üzvü olan ölkələr güc tətbiq etməzdən əvvəl öz aralarında və başqa dövlətlərlə yaranmış fikir ayrılıqlarını dinc vasitələrlə (!) həll etməyi öhdəyə götürürlər.

Bir daha təkrar edirəm: Qarabağ münaqişəsində Yerevanın Rusiyadan gözlədiyi hərbi dəstək məsələsinə gəldikdə, əgər biz KTMT haqqında danışırıqsa onun məsələnin hüquqi tərəfi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan Ermənistana hücum etməyi heç ağlına da gətirmir. Hərbi əməliyyatlar tez-tez Ermənistanın ərazisində deyil, tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın ərazisində közərir. Üstəlik, belə adlandırılan “Dağlıq Qarabağ Respublikası” bu gün hüquqi baxımdan heç bir ölkə tərəfindən, hətta Ermənistanın özü tərəfindən də tanınmamış bir qurumdur və o, KTMT-nin faktiki üzvü ola bilməz. Onda bütün bu hay-küy nə ilə bağlıdır? Nəyə görə Rusiya və ya KTMT-nin iştirakçısı olan hər hansı başqa bir ölkə Azərbaycan torpağında gedən münaqişəyə müdaxilə etməlidir? Rusiya sabitliyin əsası olan regional tarazlığı dəstəkləməklə prinsipcə bu münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edib və yenə çıxış edir. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan tərəfin mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Rusiya isə istənilən halda tərəfləri siyasi vasitələrlə barışdırmağa çalışır – 2016-cı ilin aprelində vəziyyətin nizamlanması təcrübəsi buna sübutdur.




Baxış sayı: 1 485
Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub Bu gün, 10:30 Hafizəni yaxşılaşdıran təbii vasitələr Bu gün, 10:30 Amerikalı ekspert: Azərbaycan Sülh Şurasının effektiv fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verəcək Bu gün, 10:00 “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub Bu gün, 10:00 DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs edib Bu gün, 09:30 Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728