Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşir oğlu deyib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diasporunun təşəbbüsü və dəstəyi ilə ayrı-ayrı rəsmi şəxslər, iş adamları dəfələrlə Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər etmişlər, burada müəyyən fəaliyyətlə məşğul olmağa cəhd göstərmişlər: "Ümumiyyətlə, istər erməni diaspor təşkilatları, istərsə də erməni diplomatik korpusu olsun, onlar işğalçı Ermənistan dövlətinin cinayətkar əməllərinin genişləndirilməsi istiqamətində açıq fəaliyyət göstərirlər. Sön dövrlərdə xarici mətbuatda Ermənistanın müxtəlif ölkələrdəki səfirlərinin kriminal aləmlə əlaqələri haqqında intensiv məlumatlar getməkdədir. Belə məlumatlardan biri də Almaniya mətbuatında yayılıb. Belə ki, Almaniya mətbuatında Ermənistanın AFR-dəki səfiri Aşot Smbatyanın erməni cinayətkarları ilə sıx əlaqələrindən bəhs olunub. Bundan başqa, Almaniya Bundestaqının üzvü Albert Vaylerin erməni cinayətkar qruplaşmaları ilə əlaqələri haqqında informasiyalar genişlənməkdədir".
E.Mirbəşir oğlu qeyd edib ki, məhz belə əlaqələr sayəsində A.Vayler Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə qanunsuz səfər edib. İşğalçı Ermənistanın fəal lobbiçiliyini aparan A.Vayler Almaniyanın Federal Kansleri Azərbaycana səfər edən zaman özünün də nümayəndə heyətinin tərkibinə daxil edilməsinə çalışıb, lakin Azərbaycan tərəfi bunun qarşısını qətiyyətlə alıb:
"Göründüyü kimi, işğal altında olan Azərbaycan ərazilərinə səfər edənlər bir qayda olaraq erməni cinayətkar qruplaşmaları ilə cinayətkar əlaqələrdə olan şəxslərdir. Bu da ondan xəbər verir ki, ermənilər özlərinin cinayətkar imiclərini müxtəlif ölkələrdə daha da möhkəmləndirməkdədirlər. Artıq Almaniya mətbuatında ermənilərin cinayətkar əməlləri və onlarla əlaqədə olan Almaniya vətəndaşları haqqında geniş müzakirələr aparılmaqdadır. Bu müzakirələrdən aydın görünür ki, Almaniyada erməni cinayətkar qruplaşmaları kifayət qədər təhlükəli kimi səciyyələndirilir. Ermənistan rəsmi şəxslərinin də sıx əlaqələrə malik olduqları bu cinayətkar qruplar Azərbaycan-Almaniya münasibətlərinə də xələl gətirmək istiqamətində cəhdlər edirlər. Məsələn, Almaniya Bundestaqının deputatının Azərbaycanın işğal altında olan ərazilərinə səfərinin təşkil olunması bu qəbildən olan hərəkət kimi qiymətləndirilməlidir".
Baxış sayı: 1 294
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

