Xüsusən mədəni marşrutların yaradılması və inkişafı ilə bağlı yeni layihələr işlənilir. Bu işlərin davamı olaraq, Azərbaycanın musiqi mədəniyyətinin təbliğ edilməsi, mədəniyyət obyektlərinə marağın daha da artırılması məqsədilə “Şərqin musiqi paytaxtına səyahət” adlı mədəni marşrut layihəsi hazırlanmışdır.
Marşrutun proqramına Azərbaycanın görkəmli musiqi xadimlərinin ev-muzeyləri, abidələri, teatr və konsert müəssisələri, nümayiş obyektləri, musiqi xadimləri haqqında qısa məlumatlar və fotolar əlavə edilmişdir. “Şərqin musiqi paytaxtına səyahət” mədəni marşrutunun proqramı 4 günlük nəzərdə tutulmuşdur, lakin gələcəkdə turizm şirkətləri tərəfindən proqram qonaqların istəyinə əsasən uyğunlaşdırıla bilər. Qeyd olunan layihənin həyata keçirilməsi Azərbaycanın musiqi mədəniyyətinin geniş şəkildə təbliğinə, ölkəmizin musiqi xadimlərinin tanıdılmasına və mədəni sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Bununla yanaşı, hər il ölkəmizdə müxtəlif beynəlxalq musiqi festivallarının keçirildiyi nəzərə alsaq, “Şərqin musiqi paytaxtına səyahət” mədəni marşrutu ölkəmizə gələn əcnəbi qonaqlar arasında növbəti il üçün keçirilməsi nəzərdə tutulan Rostropoviç Beynəlxalq Musiqi Festivalı, “Jara-2019” Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və Bakı Beynəlxalq Caz Festivalına marağın daha da artmasına və onların asudə vaxtlarının səmərəli şəkildə təşkilinə zəmin olacaqdır. Marşrutun proqramı ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://mct.gov.az/medias/media/other/410/musiqi-turu.pdf
Baxış sayı: 1 592
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

