FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Prezident İlham Əliyev: Bizim gənclərimiz bilikli olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar
22-10-2018, 08:15 | TƏDQİQATLAR-ANALITIKA
Prezident İlham Əliyev: Bizim gənclərimiz bilikli olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar

Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da töhfələrini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Nəticə etibarilə bu, ölkələrdə problemlərə gətirib çıxarır. Biz çalışmalıyıq ki, Azərbaycanın dayanıqlı, uğurlu inkişafını əbədi edək. Çünki biz bu gün dünyada inkişafla bağlı öz modelimizi ortaya qoymuşuq. Bu gün dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır. Bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 70-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il sentyabrın 15-də Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 saylı tam orta məktəbin açılışı mərasimində söyləyib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 70-ci kitabındakı materiallar 2015-ci ilin iyulundan oktyabr ayınadək olan dövrü əhatə edir.

Nəşrdə Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla, Çex Respublikasının Prezidenti Miloş Zemanla keçirdiyi görüşlərə, birgə mətbuat konfranslarında bəyanatlarla çıxışlarına, dövlətimizin başçısının Azərbaycan-Çex biznes-forumunda çıxışına, habelə Azərbaycan-Çex arasında sənədlərin imzalanmasına dair informasiyalar toplanıb.

Kitabda Azərbaycan Prezidentinin Qazaxıstan Respublikasına işgüzar səfərləri çərçivəsində Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanada keçirilən təntənəli mərasimdə iştirakı, Qazaxıstan Prezidenti ilə görüşü barədə materiallar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində, Akmola vilayətinin Burabay qəsəbəsində MDB Dövlət Başçıları Şurasının iclasında çıxışlarının mətnləri də yer alıb. Azərbaycan Prezidentinin Rusiya, Türkiyə, Serbiya, Türkmənistan, Macarıstan və digər dövlətlərin, Beynəlxalq Miqrasiya Təşkilatının, Dünya Gömrük Təşkilatının, Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsini, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçıları ilə görüşünü əks etdirən materiallarla bu kitabda tanış olmaq mümkündür.

Nəşrdə dövlətimizin başçısının IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə yaradılmış Təşkilat Komitəsinin birinci iclasında çıxışının mətni, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri ilə görüş və danışıqlarına dair informasiyalar da toplanıb. Kitaba ölkə rəhbərinin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışının, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqlərinin mətnləri daxil edilib. Oxucu bu cilddə Prezident İlham Əliyevin Siyəzən-Məşrif avtomobil yolunun, Şabran rayonunda beynəlxalq müalicə və istirahət kompleksinin, Cəlilabad, Xızı, Siyəzən, Kürdəmir, Ağsu, Ucar, Göyçay rayonlarına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur, habelə mədəniyyət obyektlərinin, Gənclər mərkəzlərinin açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri, Bakının küçələrində abadlıq və yenidənqurma, təhsil müəssisələrində təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlığı, Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı mərasimində iştirakı barədə materiallarla da tanış ola bilər. Nəşrə dövlətimizin başçısının Dərbənd şəhərinin 2000 illiyinə həsr edilmiş təntənəli tədbirin və Dünya Tarixçilərinin VIII Beynəlxalq Atatürk Konfransının iştirakçılarına təbrik məktubları və digər məktublar daxil edilib.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib. “Azərnəşr” tərəfindən buraxılan 70-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.




Baxış sayı: 1 422
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30