Azərbaycanın yaxın dostu, Parisdə yaşayan görkəmli tarixçi alim, professor Giorgi Mamulia və Azərbaycan siyasi mühacirətinin irsinin vətənə qaytarılmasında və özəlliklə Moskvada nəşr edilməsində müstəsna xidmətləri olmuş görkəmli diplomat Ramiz Abutalıbovun tərtib etdikləri, Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin dəstəyi ilə Moskvanın ən nüfuzlu nəşriyyatlarından olan "Xudojestvennaya literatura"da çap edilmiş bu olduqca dəyərli əsər Azərbaycan Cümhuriyyətinin şanlı 100 illiyinə dəyərli hədiyyə olmaqla yanaşı, həm də Azərbaycan siyasi mühacirətinin tarixini öyrənənlər və araşdıranlar üçün də ən qiymətli töhfədir.
Xatırladırıq ki, Əlimərdan bəy Topçubaşının çox zəngin arxivi Parisdə Sosial Elmlər Ali Məktəbinin Doğu Avropa, Rusiya və Qafqaz Araşdırmaları Mərkəzində qorunur. 4-cü cilddə həmin arxivdəki Topçubaşının həyatının son illərinə və mühacirətdəki silahdaşlarının 1935-1940-cı illərdəki fəaliyyətinə aid sənədlər toplanıb. Siyasi mühacirətimizin tarixinə gur işıq saçan bu olduqca dəyərli nəşri "525-ci qəzet" olaraq daim diqqətlə izləmiş və onun əvvəlki cildləri haqqında da oxucularımıza məlumat vermişik. Topçubaşı arxivinin önəmli qisminin çapa hazırlanması və nəşri kimi çox ağır bir işin öhdəsindən uğurla gəlmiş Giorgi Mamulia və Ramiz Abutalıbovu bu münasibətlə təbrik edir, onlara bu sahədə görməkdə olduqları və görəcəkləri millətə faydalı işlərində uğurlar diləyirik!(525.az)
Baxış sayı: 1 679
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

