FACT-INFO.AZ » MÜSAHİBƏ » Azay Quliyev: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yeni imkanlar yaradır
24-09-2018, 22:30 | MÜSAHİBƏ
Azay Quliyev: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yeni imkanlar yaradır

Fact-info.az həmin mənbəyə istinadən müsahibəni təqdim edir:

- Azay müəllim, bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan ölkədir. Azərbaycan bir sıra regional və transmilli layihələrlə dünyanın diqqət mərkəzindədir. Ölkəmizin beynəlxalq müstəvidə artan rolu haqqında fikirlərinizi bilmək istərdik...

- Bu gün Azərbaycan özünün əldə etdiyi uğurlarla beynəlxalq aləmdə çox böyük nüfuza sahibdir. Bu bir həqiqətdir ki, dünyanın əksər dövlətləri Azərbaycana etimad göstərir, bizimlə yaxından əməkdaşlıq etmək istəyir və ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır. Bunun isə sadə bir səbəbi var. Prezident İlham Əliyev xarici və daxili siyasətdə ardıcıl və proqnozlaşdırılan siyasət həyat keçirir, milli maraqlarımızı bütün müstəvilərdə qorumağı bacarır, heç bir təzyiq və diktə ilə qərar qəbul etmir, verdiyi vədə əməl edir və sözün əsl mənasında ölkəmizin müstəqilliyini qoruya bilir. Bu cür prinsipal mövqe sərgiləyən, açıq və şəffaf siyasət həyata keçirən bir ölkə şübhəsiz ki, bütün tərəfdaşların rəğbətini qazanır, dünyada nüfuzu artır və ona hər kəs hörmətlə yanaşır. Bütün bunlar əsas verir ki, Azərbaycan bizim hamımızın bildiyimiz ən nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etsin, beynəlxalq və regional əhəmiyyətli enerji, tranzit, infrastuktur və digər iqtisadi layihələri uğurla həyata keçirə bilsin, 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilsin.

- Sizcə Azərbaycan buna necə nail olur?

- Bu suala tam və dəqiq cavab vermək üçün Azərbaycanın xarici siyasət doktrinasına və qəbul etdiyi qərarlara diqqət yetirmək lazımdı. Əgər biz Prezident İlham Əliyevin xarici siyasət kursuna baxsaq, görərik ki, Azərbaycan MDB və Avropa məkanında çox nadir və bəlkə də yeganə dövlətdir ki, öz priorotetlərini özü müəyyən edir, milli maraqlarına cavab verən tərəfdaş ölkələri və təşkilatları özü seçir, müxtəlif hərbi və siyasi bloklarla eyni məsafədə durmağı bacarır və onlarla hansı müstəviyə qədər əməkdaşlığa ehtiyac varsa, o qədər əməkdaşlıq etməyə sərbəst qərar verir. Şübhəsiz ki, belə bir siyasi iradə və daim gözlənilən siyasi xətt öz bəhrəsini verir. Belə ki, bir-biri ilə müxtəlif mövzularda ziddiyyətli və hətta münaqişəli vəziyyətdə olan dünyanın və regionun hegemon dövlətləri olan ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Türkiyə, İran və digərləri ilə ölkəmiz çox uğurla əməkdaşlıq edir və onların arasındakı ziddiyyətlərin milli maraqlarımıza zərər vurmasına əsla imkan vermir. Bu xarici siyasət konsepsiyasında ölkəmiz üçün çox böyük uğur hesab olunur və heç də hər kəsə nəsib olmur. Belə bir mürəkkəb geosiyasi şəraitdə milli maraqlarımıza cavab verən bu cür xarici siyasət kursunu uzun müddət davam etdirmək heç də asan məsələ deyil və bu onun arxasında Azərbaycan Prezidentinin və onun komandasının çox böyük zəhməti və yorulmaz əməyi vardır. Digər tərəfdən Azərbaycanın iqtisadi baxımdan heç kimdən asılı olmaması və özü-özünü təmin etməsi müstəqil xarici siyasətimizi şərtləndirən əsas amillərdəndir. Yəni dövlətimizin həyata keçirdiyi çoxvektorlu, milli maraqlara əsaslanan siyasəti özünü doğruldur. Bu, Azərbaycanın müstəqilliyinin, suverenliyinin təminatının və daha da güclənməsinin tək yoludur. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu yol, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu bu gün özünü tam doğruldur.

- Yeri gəlmişkən, bu kontekstdə region dövlətləri ilə Azərbaycanı müqayisə etsək, hansı fərqli məqamları vurğulamaq mümkündür?

- Region dövlətlərinin hazırkı durumunu az da olsa təhlil etsək və onların xarici siyasət kursunu incələsək görərik ki, Azərbaycan onlarla müqayisədə həm kifayət əlverişli vəziyyətdədir, həm də daha çox müstəqildir. Misal üçün, işğalçı Ermənistan tam olaraq Rusiyanın vassalına çevrilib və nəticədə xarici siyasətdə müstəqilliyini və suverenliyi itiribdir. Sarkisyanın 3 il Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanması haqqında apardığı danışıqları və bu sazişin imzalanacağı tarixə 3 gün qalmış Moskvaya çağırılaraq sazişdən imtinaya məcbur edilməsini hamımız yaxşı xatırlayırıq. Gürcüstanın isə bir tərəfli qaydada Avropa İttifaqı və ABŞ-la qurduğu siyasət ona çox baha başa gəldi. Rusiya Abxaziya və Cənubi Osetiya separatçılarını rəsmən tanıdı və hər iki regionda səfirliyini açdı. Hazırda Gürcüstanla Rusiya ikitərəfli münasibətlərinin ən gərgin dövrünü yaşayır. Ukrayna və Moldova ilə vəziyyət hamımıza bəllidir və nikbinlik üçün hər hansı bir əsas görünmür.

Ancaq Azərbaycan isə yuxarıda qeyd etdiyim kimi, işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə dost və tərəfdaş münasibətlərini davam etdirir. Qardaş Türkiyə ilə münasibətlərə xüsusi toxunmağa ehtiyac görmürəm. Biz Ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət iki dövlət”ik. Azərbaycanın Türkiyə ilə münasibətləri mən deyərdim ki, tarixdə görünməmiş dərəcədə yüksək səviyyədədir. İranla münasibətlərimiz də çox yaxşı səviyyədədir və Xəzərin hüquqi statusu haqqında çərçivə sənədi imzalanandan sonra əlaqələrimiz daha da dərinləşibdir. Rusiya ilə əməkdaşlığımız isə məncə özünün ən dinamik dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri və orada imzalanan sənədlər hər iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığından xəbər verir. Əminəm ki, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 25-də Bakıya gözlənilən cavab səfərində bu münasibətlərə yeni impuls veriləcək və qarşılıqlı maraqlara xidmət edən dostluğumuz daha da möhkəmlənəcək.

- Yeri gəlmişkən, Azərbaycanın Avropa İttifaqı ilə hazırkı münasibətləri haqqında fikrinizi bilmək istərdim. Avqust ayında Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə ilk səfəri, Prezident İlham Əliyevin Aİ-nın üzv ölkəsi olan Xorvatiyaya səfəri bu konteksdə önəmlidir. Sizcə, bu səfərlər Azərbaycana nə vəd edir? - Bilirsiniz ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər ümumən normal olsa da əvvəllər bir sıra prinsipal məsələlərdə bizi qane etməyən məqamlar var idi. Xüsusilə,bir neçə il bundan öncə əməkdaşlığımızın yeni keyfiyyət mərhələsinə çıxarılmasına hesablanmış sənəd layihəsində ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində Avropa İttifaqının bir mənalı mövqe tutmamağı bizi ciddi narahat edirdi. Təqdirə layiq haldır ki, cənab Prezident İlham Əliyevin Brüsselə etdiyi son səfər zamanı bizi narahat edən bu kimi məqamlar tam olaraq aradan qalxdı. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Əminəm ki, bundan sonra münasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.

Avropa İttifaqının əsas aparıcı ölkəsi olan Almaniyanın kansleri xanım Merkelin bu ilin avqustun 25-də Azərbaycana etdiyi səfər isə həm Almaniya –Azərbaycan, həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından da çox əhəmiyyətli oldu. Merkelin Bakıda keçirdiyi görüşlərin və verdiyi bəyanatların məzmununa baxsaq, görərik ki, Almaniya Azərbaycana nə qədər böyük önəm verir və ölkəmizlə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Eyni zamanda Azərbaycan prezidentinin Avropa İttifaqı ölkələrinə, o cümlədən Xorvatiyaya etdiyi səfərlərə də bu konteksdən yanaşmaq lazımdır. Azərbaycan o ölkələrdəndir ki, onunla əməkdaşlıq və tərəfdaşlıq hər iki tərəfə fayda verir. Ona görə də bizim ölkəmizə maraq çox yüksəkdir. Təsadüfi deyil ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. - Son günlər Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxından əməkdaşlıq etmək niyyətini rəsmən bəyan edib. Bunu necə qiymətləndirirsiniz? Bu əməkdaşlıq bizim digər Avropa qurumları ilə münasibətlərimizə necə təsir edə bilər?

- Mən bilirəm ki, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə yaxından əməkdaşlıq etmək istəyi bəzi dairələrdə bir mənalı qarşılanmır. Lakin bir məsələni dəqiq bilməliyik ki, Azərbaycan hakimiyyəti milli maraqlarımıza tam cavab verməyən hər hansı bir quruma heç vaxt üzv olmayıb və bundan sonra da olmayacaq. Bu baxımdan ŞƏT-ə iqtisadi maraqlarımızın təmin olunması üçün əlavə bir imkan kimi baxmaq lazımdır.

Azərbaycanın ŞƏT-lə əməkdaşlığını daha da inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bəyan etməsini çox müsbət qiymətləndirirəm. Ölkəmizin hazırkı iqtisadi prioritetləri və həyata keçirdiyi infrastruktur və nəqliyyat layihələri baxımından bu təşkilatla əməkdaşlığın dərinləşdirilməsini çox vacib hesab edirəm. Avrasiya qitəsinin 3/5-ünə bərabər olan, 2 milyarddan yuxarı əhaliyə sahib olan ŞƏT üzvləri ilə, xüsusilə Çin kimi iqtisadi nəhənglə bizim ortaq iqtisadi maraqlarımız var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müəllifi olduğu “dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi, hər iki istiqamətdə yük daşımalarının həcmini arzu olunan səviyyəyə çatması, ölkəmizi “habların habı” statusuna qaldıran şərq-qərb, şimal-cənub marşrutunun özünü doğrultmasında ŞƏT-ə tam və müşahidəçi hüquqla üz olan ölkələrin müstəsna rolu var. Başqa sözlə desək, Azərbaycanın təşəbbüs göstərdiyi Qədim İpək Yolunun bərpası məhz bu ölkələrdən daha çox asılıdır. Ona görə də Azərbaycanın ŞƏT-lə yaxından əməkdaşlıq etməsinə və müşahidəçi ölkə statusu alması üçün müraciətinə uğurlu xarici siyasətimizin davamı kimi baxıram və təqdir edirəm.

Azərbaycanın ŞƏT-lə əməkdaşlığının Avro İttifaqı və ya Qərblə münasibətlərinə mümkün təsirinə gəlincə, onu deyə bilərəm ki, ŞƏT-lə əməkdaşlığımız Avropa ilə əlaqələrimizə heç bir mənfi təsir göstərməyəcək, tam əksinə bizim bu əməkdaşlığımızdan Avropa da faydalanacaqdır. - Azay müəllim, ayrı-ayrılıqda müxtəlif beynəlxalq təşkilatlara üzv olan türkdilli dövlətlərin öz aralarında olan birliyi necə qiymətləndirirsiniz? Hazırkı durum Sizi qane edirmi?

- Bu gün dünyada dövlətlərarası münasibətlərdə yeni keyfiyyət dəyişiklikləri baş verir. Bir çox hallarda bu müsbət istiqamətdə getmir, yeni qruplaşma, koalisiya meylləri yaranır. Belə bir şəraitdə eyni milli köklərə malik, dil, din bağlılığı olan türkdilli ölkələrin birliyinə çox ehtiyac duyulur. Dünyada 6 türk dilində danışan müstəqil və dünya birliyi tərəfindən tanınan dövlət var. Biz dost və qardaş ölkələrik. Ona görə də, türkdilli ölkələr bir birinə daha yaxın olmalıdır. Bu reallığı zaman bizə diqtə edir. Azərbaycan-Türkiyə münasibətləri konteksində bu reallığı və birlik nümunəsini daha aydın şəkildə görmək mümkündür. Bu gün türkdilli ölkələri özündə birləşdirən təşkilatlara Türkmənistanın və Özbəkistanın da qoşulması bizim gücümüzü və birliyimizi çox artırardı. Mən tez-tez Orta Asiya respublikalarına səfər edirəm və görürəm ki, onlar da inteqrasiya çox maraqlıdır. 2 həftə öncə Özbəkistana səfər etmişdim, parlamentdə bir sıra görüşlər keçirdim. Eləcə də, TÜRKPA ilə bağlı müzakirələr apardıq. Özbəklər də yaxşı bilirlər ki, türk dövlətlərinin inteqrasiyasına çox böyük ehtiyac var. Sevindirici haldır ki, Qırğızıstanda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə Özbəkistanın Prezidenti də iştirak etdi. Bu, çox gözəl hadisədir və Özbəkistanın Türk birliyinə qoşulması üçün yaxşı siqnaldır. Ümid edirəm ki, yaxın vaxtlarda Özbəkistan və Türkmənistan da həm dövlət başçıları, həm də parlament formatında olan Türkdilli ölkələrin birliyinə qoşulacaqdır.

Əlbəttə ki, türkdilli ölkələr arasında ciddi ittifaq yaratmaq həyati əhəmiyyətə malikdir. Bu ölkələr hələ ki, daha çox mənəvi-mədəni parametrlərlə əməkdaşlıq edir. Amma gələcəkdə bu birlik iqtisadi, hərbi-siyasi bloka çevrilə bilər. Çünki həm enerji ehtiyatları, həm hərbi güc baxımından və digər resurslar baxımından türk coğrafiyasının böyük potensialı var. Bu coğrafiyanın birləşməsinə əngəl olan qüvvələr də var və biz onlara imkan verməməliyik ki, bizim qardaşlığımızı, dostluğumuzu və birliyimizi pozsunlar. Bu istiqamətdə media və vətəndaş cəmiyyəti də daim aktivlik nümayiş etdirməli və bizim birliyimizi təbliğ etməlidir.

- Azay müəllim, son sualım Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu məsələyə beynəlxalq təşkilatların mövqeyi haqqında fikirlərinizi bilmək istərdik. Siz ATƏT Parlament Assambleyasının vitse-prezidentisiniz və bu qurumun problemin həllinə yanaşmasını necə dəyərləndirirsiniz?

- Təəssüflər olsun ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi prinsiplərə və normalara əməl və hörmət etmirlər. Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını hələ də təmin edə bilmir. Biz ATƏT Parlament Assambleyasında bu məsələni dəfələrlə qaldırmışıq. ATƏT-in bu məsələdə mövqeyi və yanaşması Azərbaycanı qane etmir və edə bilməz. Çünki, ATƏT işğalçı ölkə olan Ermənistanla, işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyur, işğalçını öz adı ilə çağırmır, beynəlxalq hüququ heçə sayan ölkəyə qarşı hər-hansı bir təsilri tədbir görmür. Cənab Prezident İlham Əliyev sentyabrın 21-də Milli Məclisdə Parlamentin 100 illiyinə həsr olunmuş təntənəli iclasda çıxışı zamanı bu barədə çox açıq və qəti fikrini bir daha ifadə edərək bildirdi ki, beynəlxalq təşkilatlar Azərbaycana, münaqişənin həllinə münasibətdə ikili standartlara və haqsızlığa yol verirlər, işğalçı Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etmirlər.

Bu yaxınlarda Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qrimenqer ilə görüşündə də Azərbaycanın mövqeyini bir daha vurğuladı ki, ATƏT Ermənistanın qeyri-konstruktiv mövqeyinə açıq şəkildə münasibət bildirməlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqların formatını dəyişmək və separatçıları danışıqlar masasına gətirmək istəyi ATƏT-in Minks Qrupunun həmsədr ölkələri tərəfindən bir mənalı şəkildə pislənilməlidir. Bir sözlə, ATƏT-in özünün yaratdığı danışıqlar formatını kiminsə dəyişmək istəməsi yolverilməzdir. ATƏT bu məsələyə sərt mövqe bildirməyincə, Paşinyan kimi adamlar avantürist mövqeyini davam etdirəcək və öz daxili auditoriyasına və hakimiyyətinin qorunmasına hesablanmış belə sərsəm bəyanatlardan əl çəkməyəcək. Ona görə də, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hazırki mövqeyi bizi qane etmir, münaqişənin həlli ilə bağlı yeganə mandata sahib olan ATƏT mövcud vəziyyətə adekvat yanaşmır və bu, bizi ciddi narahat edir. Biz öz narahatlığımızı ən yüksək səviyyədə bildirmişik. O ki qaldı ATƏT PA-nın münaqişənin həllinə yanaşmasına, onu deyə bilərəm ki, bu məsələdə Assambleyanın mövqeyi qənaətbəxşdir. Çünki, 2015-ci ildə ATƏT PA mənim müəllifi olduğum “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməni qəbul etməklə münaqişənin həlli ilə əlaqədar öz prinsipal və birmənalı mövqeyini ortaya qoydu. Belə ki, qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır, xalqların öz müqəddaratının təyin etmə hüququnun isə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkün olduğu qeyd edilir. İşğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın qeyd-şərtsiz və ləyaqətli bir şəkildə öz yurd- yuvalarına dönməsi üçün müvafiq şəraitin yaradılması tələb olunur.

Bu baxımdan ATƏT PA-nın mövqeyi açıq və qəti şəkildə ifadə olunubdur və bu da bizi tam qane edir. Əlbəttə, biz bununla kifayətlənmirik, ATƏT PA-nın bütün iclaslarında Dağlıq Qarabağ məsələsini qaldırırıq, haqlı mövqeyimizi diqqətə çatdırırıq, Ermənistanın işğalçı mahiyyətini ifşa edirik və bundan sonra da edəcəyik. Onu da deyim ki, bu ilin oktyabrın 3-dən 6-na kimi Bişkekdə ATƏT PA-nın payız sessiyası keçiriləcək və sessiya çərçivəsində Azərbaycanın mövqeyini və münaqişə ətrafında yaranmış hazırkı vəziyyətlə əlaqədar narahatçılığını bir daha Assambleyanın üzvlərinin diqqətinə çatdıracağıq. Son günlər İrəvanda və Bakıda səfərdə olan ATƏT PA-nın prezidenti Corc Seretelenin münaqişə ilə bağlı bəzi təklifləri də var və çox güman ki, o təklifləri də Bişkekdə müzakirə etmək imkanımız olacaq. Sonda onu da demək istərdim ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Buna heç kimin şübhəsi olmasın. Çünki, beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müdafiə olunur. Azərbaycanın həyata keçirdiyi siyasət, ordumuzun güclənməsi, Ali Baş Komandanın Dağlıq Qarabağ məsələsində ardıcıl, güzəştsiz və prinsipial mövqeyi və ən nəhayət, bölgədə cərəyan edən proseslər və bir sıra geosiyasi amillər torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır. İnanıram ki, biz bu imkanları doğru dəyərləndirməyi bacaracağıq.




Baxış sayı: 1 674
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930