FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » DTX arxiv materiallar yayıb: erməni terroru
21-09-2018, 10:45 | TƏDQİQATLAR-ANALITIKA
DTX arxiv materiallar yayıb: erməni terroru

Fact-info.az axar.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyi götürüb. 1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə, ərazilərimizin zorla qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında “erməni vilayəti” adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə “böyük Ermənistan” xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.

Müasir Ermənistanda terrorçuluq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu ideologiya bünövrədən qonşu dövlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, türklərə və digər xalqlara qarşı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman öz məkrli hədəflərinə çatmaq üçün ən çirkin üsullardan istifadə edib, hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac vermiş, himayə etmiş çar və sovet Rusiyasına qarsı çıxmaqdan belə çəkinməyiblər.

İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təşviq olunur, gənc nəsil qonşu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin "qəhrəman" obrazının aşılanması, onlara abidə qoymaqla faşizm “vətənpərvərlik” əmsalı kimi ictimai şüura təlqin edilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan “Dasnaksütyun” partiyasının, habelə İkinci Dünya muharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amansızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapıb.

Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarsı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının xususi aktuallıq kəsb etdiyini və bu siyasətin ifşa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin üzərindən məxfiliyin götürülməsi və onların genis ictimaiyyətə açıqlanmasını məqsədəmüvafiq hesab edib. Həmin materialların DTX-nin rəsmi internet səhifəsində yerləşdirilməsinə qərar verilib




Baxış sayı: 1 640
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30