FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Rusiyalı ekspertlər: dördgünlük Aprel döyüşləri Sarkisyanın hakimiyyətdən getməsinin əsas səbəblərindən biridir
13-09-2018, 08:20 | TƏDQİQATLAR-ANALITIKA
Rusiyalı ekspertlər: dördgünlük Aprel döyüşləri Sarkisyanın hakimiyyətdən getməsinin əsas səbəblərindən biridir

Hesabat müəllifləri Ermənistanla Azərbaycan arasında dördgünlük Aprel döyüşlərinin Sarkisyanın hakimiyyətdən getməsinin əsas səbəblərindən biri kimi qiymətləndirirlər. “Sarkisyan hakimiyyətinə ən böyük zərbə 2016-cı il aprel döyüşlərində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə Dağlıq Qarabağda gedən dördgünlük döyüşlərdə ağır itkilərə məruz qalması oldu. Bu məğlubiyyət Ermənistan silahlı qüvvələrində ciddi korrupsiya, xüsusən büdcə vəsaitlərinin oğurlanması faktlarını da üzə çıxardı. Həmin vaxtadək hökumət ölkədəki ağır sosial-iqtisadi vəziyyətə büdcədən orduya ayrılan böyük vəsaitlərlə bəraət qazandırırdı, lakin bu pulların böyük hissəsinin mənimsənildiyi məlum oldu”, - deyə hesabat müəllifləri vurğulayırlar.

Hesabatda qeyd olunur ki, Serj Sarkisyanın hakimiyyətdən getməsinin digər əsas səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə bağlıdır. Belə ki, 2008-ci illə müqayisədə Ermənistanda yoxsulluq səviyyəsi 27,6 faizdən 2016-cı ildə 29,4 faizə yüksəlib. Ölkədən miqrasiyanın və xarici borcun artması da ciddi problemə çevrilib: 2012-2016-cı illərdə Ermənistanı 200 min nəfər tərk edib. Sarkisyan hakimiyyətə gələrkən 1,6 milyard dollar olan xarici borc isə 2017-ci ildə 7,5 milyard dollaradək artıb.

RBMŞ-nin hesabatında Ermənistanın sabiq prezidentinin seçkiqabağı vədlərinin, o cümlədən yeni atom elektrik stansiyası tikilməsinin, Yerevan-İran dəmiryolu xətti çəkilməsinin iflasa uğraması, habelə Sarkisyanın Avropa İttifaqı ilə yaxınlaşmaq siyasəti, Rusiya-Gürcüstan silahlı münaqişəsi zamanı M.Saakaşvilini Ermənistanın ali dövlət mükafatı ilə təltif etməsi və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı addımların Moskvada müsbət qarşılanmadığı da qeyd olunur.

Ermənistanın yeni hökumətinin qarşılaşdığı problemlərlə bağlı hesabat müəlliflərinin qənaəti heç də nikbin deyil. Onlar xatırladırlar ki, Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan, ərazisində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasının və sərhəd qoşunları hissələrinin yerləşdiyi Ermənistan üçün Qərblə Moskva arasında balans siyasəti aparmaq asan olmayacaq. Digər tərəfdən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində yeni baş nazir N.Paşinyanın nə Rusiyadan, nə də Qərbdən tam dəstək alması mümkün deyil. Bu məsələdə NATO-nun üzvü və Azərbaycanın strateji müttəfiqi Türkiyənin rolunu da nəzərdən qaçırmaq olmaz.

Qeyri-kommersiya təşkilatı olan Rusiya Beynəlxalq Məsələlər Şurası 2010-cu il fevralın 2-də RF prezidenti Vladimir Putinin Sərəncamı ilə yaradılıb. Haqqında söhbət gedən hesabat Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru İ.İvanovun rəhbərlik etdiyi ekspertlər qrupu tərəfindən hazırlanıb.(Azərtac)




Baxış sayı: 1 542
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30