FACT-INFO.AZ » AKTUAL » Dövlət Komitəsi: Beynəlxalq ictimaiyyət ermənilərin “Yuxarı Gövhər ağa” məscidinin tarixini saxtalaşdırmaq cəhdinin qarşısını almalıdır
28-08-2018, 14:50 | AKTUAL
Dövlət Komitəsi: Beynəlxalq ictimaiyyət ermənilərin “Yuxarı Gövhər ağa” məscidinin tarixini saxtalaşdırmaq cəhdinin qarşısını almalıdır

Fact-info.az-ın "Report"-a istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib. Ermənistan hökumətinin işğal altındakı Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscidinin tarixi mahiyyətini saxtalaşdırmasına münasibət bildirən Dövlət Komitəsi sədrinin birinci müavini qeyd edib ki, artıq 30 ildir Azərbaycan xalqına qarşı davam edən Ermənistan təcavüzünün qurbanları təkcə azərbaycanlılar deyil, həm də yaşı minillərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz, eləcə də müqəddəs ocaqlarımız və məbədlərimiz olub.

O bildirib ki, bu gün Ermənistan təcavüzünün qurbanı olan tarixi, dini-mədəni abidələrimizin ümumi sayını müəyyənləşdirmək və onlar barədə tam məlumatı vermək qeyri-mümkündür: "Çünki XIX əsrdən etibarən Qarabağa və Qərbi Azərbaycan ərazilərinə köçürülən ermənilər təkcə azərbaycanlıların torpaqlarını ələ keçirməyib, eyni zamanda orada yaşayan soydaşlarımızı yerindən-yurdundan qovub çıxarıb, buradakı maddi-mədəniyyət nümunələrini tarix səhnəsindən məqsədli şəkildə silib yox ediblər. Azərbaycanın tarixi mədəni irsinə qarşı təcavüz geniş vüsət almaqdadır".

S.Salahlı deyib ki, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür: "Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənilərin tarixi-dini abidələrimizə qarşı vəhşi davranışı müxtəlif istiqamətlərdə aparılır. Bir çox qədim milli, dini ənənəni özündə ehtiva edən abidələr tamami ilə dağıdılıb. Bu abidələrin erməniləşdirilərək özününküləşdirilməsinə cəhd edilir. İşğal altındakı müsəlman dini kimliyinə aid abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılır, təhqir olunur. Son illər məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olub. Ermənistan təcavüzünə məruz qalmış İslam mədəniyyətinə dair tarixi-dini abidələrdən biri də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərində yerləşən “Yuxarı Gövhər ağa” məscididir. Şuşa şəhərinin işğalı zamanı həmin məscid topa tutulub və minarələri dağıdılıb. 8 may 1992-ci ildən bugünədək məscid dağıdılmış vəziyyətdədir. Ermənilər bununla kifayətlənməyərək bu məscidin farslara aidliyi barədə avantürist addım atmaqdalar. Çox təəssüf ki, bu erməni saxtakarlığına qonşu İranda da dəstək verənlər tapılır. Bu tarixi abidənin də Azərbaycan xalqına aid olmadığı iddiaları ortaya çıxır. Bundan bir neçə il əvvəl İrəvan şəhərindəki 1990-cı ildə ermənilər tərəfindən yandırılmış “Göy Məscid” İran İslam Respulikası tərəfindən təmir edildikdən sonra “Fars məscidi” olaraq qələmə verilir”.

Dövlət Komitəsi sədrinin birinci müavini vurğulayıb ki, “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi: "Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik idi. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdi. Lakin bu məscid də Gövhər ağanın göstərişi ilə sökülmüş və yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuхarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilmişdi. Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirmişdi ki, bu, indi "Aşağı Gövhər ağa məscidi" adlanır.

2001-ci ildə UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin siyahısına salınan Şuşa tarixi şəhərindəki “Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhə ermənilər tərəfindən sökülüb, əvəzində, erməni dilində “Qədim tarixi abidə,Yuxarı Məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə asılıb. Əvvəlki Azərbaycan dilində üzərində yazı olan lövhədə qeyd olunmuş “Gövhər ağa” sözləri məqsədli şəkildə yeni asılmış lövhədə qeyd edilməyib”. S.Salahlı bildirib ki, bununla Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazisində yerləşən tarixi-dini abidələrin mahiyyətinin dəyişdirilməsinə, saxta erməni tarixinin yaradılmasına cəhd edir.

Bütün dinlərdə məbəd dağıtmağın böyük günah hesab edildiyini diqqətə çatdıran S.Salahlı qeyd edib ki, ermənilər Tanrı məbədini dağıtmaqla xristian ehkamlarını da pozmaqdan çəkinmirlər: "İncildə: “Kim Allahın məbədini məhv edirsə, Allah onu məhv edəcək, çünki Allahın məbədi müqəddəsdir...” (İncil, Korinflilərə I məktub, 3/17). Eyni zamanda, Qurani-Kərimdə buyrulur: “Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (Qurani-Kərim, Bəqərə, 114)".

Dövlət Komitəsi sədrinin birinci müavini deyib ki, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir: “Əlbəttə, biz beynəlxalq ictimaiyyətin Azərbaycan üçün həyati əhəmiyyət daşıyan bu məsələyə biganə qalmasını mümkünsüz sayırıq. Bir çoxlarına artıq bəllidir ki, işğala məruz qalan ölkə Azərbaycandır. Münaqişə 30 ildir davam edir, ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox Azərbaycan vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətindədir. Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin işğalçı Ermənistan hakimiyyətinin tarixi saxtalaşdırmaq əməllərinin qarşısının alınmasında ədalətli mövqe nümayiş etdirəcəyinə inanır, “Yuxarı Gövhər ağa” məscidinin tarixi əhəmiyyətini göstərən yazı və lövhələrin sökülərək erməni dilində yazı və lövhə ilə əvəzlənməsinin dərhal dayandırılmasını, Şuşa və Dağlıq Qarabağın digər yerlərində Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmə son qoyulmasını tələb edirik”.




Baxış sayı: 1 588
Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Bu gün, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Bu gün, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Bu gün, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Bu gün, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Bu gün, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Bu gün, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib Dünən, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib Dünən, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib Dünən, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub Dünən, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting Dünən, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir Dünən, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi Dünən, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib Dünən, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Dünən, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub Dünən, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır 22-09-2026, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib 22-09-2026, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb 22-09-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930