Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib. A.Suver əminliyini ifadə edərək bildirib ki, törədilən cinayətlərin bədxah xarici qüvvələr tərəfindən planlaşdırıldığı inkarolunmazdır. “Təəssüf ki, bu qüvvələr zaman-zaman Azərbaycanın müstəqilliyinin qorunmasına, dövlətin qüdrətlənməsinə, dünyadakı mövqelərinin güclənməsinə qısqanclıqla yanaşıblar. Azərbaycan bütövlükdə Qafqaz bölgəsində sabitliyin qorunmasında həlledici təsirə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli bu bölgədə uzunmüddətli sülhə təkan verə biləcək mühüm amildir. Yaxşı olar ki, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr öz imkanlarından istifadə edərək işğalçı Ermənistandan zəbt etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyi tələb etsinlər. Bu, regiondakı bütün ölkələr üçün düzgün və əhəmiyyətli yoldur. Azərbaycanda sabitliyin qorunması region ölkələri, o cümlədən Türkiyə üçün həyati əhəmiyyət daşıyır”, - deyə A.Suver əlavə edib.
Baxış sayı: 1 654
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

