Bu fikirləri AZƏRTAC-a müsahibəsində sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım deyib. M.Yıldırım qeyd edib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm hərbi parad başa çatandan sonra Türkiyənin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşlar keçirməsi Azərbaycanın və Türkiyənin inkişafını, uğurlarını istəməyən bütün məkrli qüvvələrə açıq mesajdır. Bu uçuşlar tarixi birliyimizin, qardaşlığımızın müasir formada göstəricisidir. Ekspert deyib: “Azərbaycan Ordusunun qüdrətlənməsi Türkiyədəki ictimaiyyət arasında ruh yüksəkliyini daha da artırır. Peşəkar ordu müstəqilliyin və xalqın təhlükəsizliyinin qarantıdır. İftixar edirik ki, Azərbaycan Ordusu bütün parametrləri ilə inkişaf etməkdədir”.
Baxış sayı: 1 620
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

