FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir"
5-07-2018, 21:25 | TƏDQİQATLAR-ANALITIKA
"Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir"

“Təəssüflə qeyd edirəm ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişənin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur. Serj Sarkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan XİN gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Brüsseldə dərc edilən “Euractive” dərgisində dərc olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi: Davamlı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində qeyd olunub. Ermənistan tərəfinin bütün vasitələrlə münaqişənin fundamental əsasını təşkil edən işğal və hərbi təcavüz məsələsinin üstündən keçməyə cəhd göstərdiyini yazan H. Hacıyev qonşu ölkənin gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdiyini diqqətə çatdırıb. O, işğal edilmiş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qaldığını və dənizə çıxışı olmayan və dağlıq relyefə malik kiçik ölkə kimi Ermənistanın hamıdan çox qonşu dövlətlərlə inteqrasiyaya ehtiyacı olduğunu bildirib. H. Hacıyev deyib ki, Ermənistanda labüd hakimiyyət böhranı baş verəndə Azərbaycan açıqlama ilə çıxış edərək yeni hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etməyin mümkün olacağını vurğulayıb. Amma indiyə qədər görünən odur ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir. H. Hacıyevin sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir: “Ermənistanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaq etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və legitim hesab oluna bilməz. İşğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək. Ermənistanın yeni rəhbərliyi qanunun aliliyi və insan hüquqlarına hörmət etdiyini iddia edirsə, onda beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır”. Ermənistan-Azərbaycan münaqişəsi kimi mürəkkəb məsələnin bir paketdə həll edilməsinin qeyri-mümkünlüyü yazan H. Hacıyev sülh quruculuğu üçün edilməsi mümkün olan məsələlərin həyata keçirilməsinə dərhal başlanılmalı olduğunu söyləyib və bunun alternativinin əbədi qarşıdurma və müharibə olduğunu qeyd edib. Məqalənin sonunda H.Hacıyev indi seçimin Ermənistan tərəfində olduğunu bildirib.




Baxış sayı: 1 676
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30