Ermənistanın yeni hökuməti ölkəni qərbyönümlü etmək istəsə də, yekunda Serj Sarkisyanın və Robert Koçaryanın yolu ilə gedəcək. Bunu Trend-ə “Strategic Outlook” beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu deyib.
Onun sözlərinə görə, N.Paşinyan hökumətə əsasən gənc və qərbyönümlü kadrları təyin edib ki, bu da qısamüddətli perspektivdə Ermənistan üçün məntiqli addım kimi görünür, lakin uzunmüddətli perspektivdə ölkənin xarici siyasətində dəyişikliklərin olacağına ümid yoxdur: “Paşinyan və ətrafı etirazların ilk günündən xarici siyasət kursunu müəyyənləşdirə bilməmişdi. Sarkisyana qarşı çıxış edərkən antirusiya mövqeyi sərgiləmək asan idi, amma hakimiyyətə gəldikdən sonra onlar reallıqla üzləşdilər”.
M.F.Öztarsu əlavə edb ki, populizm N.Paşinyanın təşəbbüslərində əsas elementdir: “Bu, erməni siyasətçiləri üçün yeni vasitə deyil. Ermənistan müstəqillik qazandıqdan bəri populizm millətçi ritorika, ərazi iddiaları və qonşularla düşmən münasibət fonunda təşviq olunurdu. Paşinyan da bu alətdən öz məqsədləri naminə istifadə edir. Qarabağa səfər və Naxçıvan haqqında fikirlər Paşinyan hakimiyyətinin xüsusiyyətlərini göstərir. Bundan başqa, Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçəcəyi xəbəri də yaxşı reklamdır və populizmin dayanıqlığı üçün vasitədir”.
Baxış sayı: 1 653
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

