FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İlham Əliyevin prezidentliyi dövrünün ilk 10 ilinə işıq salan fundamental nəşr
7-05-2018, 07:45 | TƏDQİQATLAR-ANALITIKA
İlham Əliyevin prezidentliyi dövrünün ilk 10 ilinə işıq salan fundamental nəşr

Monumental nəşrdə müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin xalqa sədaqəti, dövlətin müdafiə qüdrətinin yüksəlməsi və dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyin əbədiyaşarlığı uğrunda apardığı mübarizənin unudulmaz səhifələri öz əksini tapıb.

Layihənin ideya rəhbəri Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur. Professor Teymur Əhmədovun tərtib etdiyi, tədqiqatçı alim İradə Ələsgərovanın redaktoru olduğu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin 2003-2013-cü illərdə həyata keçirdiyi daxili və xarici siyasət, xarici ölkələrə rəsmi səfərləri, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndə heyətləri ilə çoxsaylı görüşləri, kütləvi informasiya vasitələrinə müsahibələri, nitqləri, çıxış və bəyanatları xronoloji ardıcıllıqla əks olunub. Kitabın həmin dövrə həsr edilməsi təsadüfi deyil. Azərbaycanın bugünkü inkişaf və yüksəlişinin təməli məhz həmin illərdə qoyulub. Bu tarixi uğurları dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev nitq və çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim iqtisadi göstəricilərimizin, inkişafımızın dünya miqyasında bənzəri yoxdur: “10 ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir, həm siyasi-iqtisadi, həm energetika, mədəniyyət sahələrində...”.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin 2003-2013-cü illərdəki fəaliyyəti AZƏRTAC-ın materiallarına və Prezident Kitabxanasına istinadla “Respublika” qəzetində xronoloji ardıcıllıqla on il mütəmadi dərc olunub. Yəqin ki, ikicildliyin sanballı alınmasını şərtləndirən əsas amillərdən biri də budur.

İkicildliyi vərəqlədikcə 10 il ərzində ölkəmizdə qazanılan uğurların, reallaşdırılan layihələrin miqyası heyrət doğurur. 2003-2013-cü illərdə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkə olub. İqtisadiyyat 3,4 dəfə artıb. Həmin müddətdə heç bir digər ölkə, hətta inkişaf etmiş ölkələr belə bu qədər iqtisadi artıma nail olmayıb. Uğurların başlıca səbəbi aparılan islahatlar, ölkədə hökm sürən sabitlik, ictimai asayişin təmin edilməsidir. Digər tərəfdən, iqtisadi islahatlar siyasi islahatlarla tamamlanıb. Bütün bunları nəşrdə toplanan materiallardan tam və aydın şəkildə görmək mümkündür.

Bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada söz və nüfuz sahibidir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında iqtisadi potensialın güclənməsi ilə bərabər, Prezident İlham Əliyevin məntiqli praqmatik siyasəti və lider kimi şəxsi keyfiyyətləri böyük rol oynayır. Bu uzaqgörən siyasi kursun nəticəsidir ki, regionda Azərbaycanın iştirakı olmadan heç bir layihəni həyata keçirmək, iqtisadi proqramı reallaşdırmaq qeyri-mümkündür. Cənubi Qafqaz iqtisadiyyatında dörddə üç paya malik olan Azərbaycan hazırda regional lider, mühüm geosiyasi oyunçu və beynəlxalq nüfuzu daim artan ölkədir. Təhlilçilərin də qeyd etdiyi kimi, bu böyük uğurların arxasında Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasının müasir dövrümüzdə dövlətimizin başçısı tərəfindən davamlı inkişaf etdirilməsi və qlobal siyasətin tələbinə əsasən yeni çalarlarla zənginləşdirilməsi dayanır. Bütün bunlar haqqında “Prezident İlham Əliyev: dinamik inkişafın 10 ili” ikicildliyindəki ayrı-ayrı bölmələrdən geniş məlumatlar əldə etmək olar.

“CBS Poliqrafik production” nəşriyyatında çap edilən ikicildlik zəngin kitab mədəniyyəti ənənələrini özündə birləşdirir və yüksək səviyyəli poliqrafik icrası ilə diqqət çəkir. Kitab oxucuda bu 10 ildə görülmüş işlərin həqiqi miqyası, dövlət başçısının yürütdüyü uzaqgörən siyasət barədə aydın təsəvvür yaradır. İkicildliyin hazırlanmasında başlıca məqsəd də elə budur.

2003-2013-cü illərin xronikasını nəfis tərtibatla oxucunun diqqətinə çatdıran bu yeni nəşr bir daha təsdiqləyir ki, əsrə bərabər bu 10 il milli inkişaf strategiyasının reallaşmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin gələcək illərdə də uğurla həyata keçirilməsinə, müstəqilliyimizin əbədiyaşarlığına etibarlı təməl olub. Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş bu ikicildlik ölkənin sosial-iqtisadi inkişafı, daxili və xarici siyasəti ilə maraqlanan geniş oxucu auditoriyası, politoloq və tədqiqatçılar üçün son dərəcə dəyərli məlumat mənbəyidir. Bu fundamental nəşri, eyni zamanda, xalqın iradəsi ilə növbəti müddətə Prezident seçilməsi münasibətilə dövlətimizin başçısı İlham Əliyevə mətbuat işçilərinin özünəməxsus təbriki kimi də səciyyələndirmək olar.




Baxış sayı: 3 439
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031