Ötən illərdə həyata keçirdiyimiz layihəmizi geniş təhlil etdikdən sonra bu qənaətə gəldik ki, bu uğurlu işlərin davamı zəruridir. Xeyli müddət araşdırmalardan sonra müxtəlif dillərdə nəşr olunan “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının motivləri əsasında yazılan ssenariyə uyğun olaraq “1918-ci il hadisələri: UNUDULMAYAN TARİX” adlı sənədli filmin çəkilişinə start verdik.
Bu filmin hazırlanmasında əsas məqsədlərdən biri də 1918-ci il azərbaycanlıların başına gətirilən həmin soyqırımlara bir daha nəzər salmaqla yaddaşları silkələmək, məlumatlı və o hadisələrin şahidlərini dinləmək, ümumilikdə tarixi prosesləri təhlil etməkdən ibarət olub.
Təbii heç bir soyqırımı, xalqa, millətə qarşı törədilən qəsdlər, cinayət hadisələri heç vaxt unudulmur. Lakin burada ən ədalətli münasibət o olar ki, törədilən cinayət faktlarına dünyada ədalətli münasibət olsun. Cinayəti törədən cəza alsın, həmin soyqırıma hüquqi və siyasi qiymət verilsin. Bu gün ən ciddi problemlərdən biri odur ki, geniş dairələr 1918-ci illə bağlı həqiqətdən xəbərsizdir. Həmin qüvvələrə bu hadisələrin mahiyyətini çatdırmaq üçün daha innovativ, cəlbedici təbliğat vasitələri üzərində dayanmaq lazımdır. Təbii ki, bunlardan biri sənədli filmlərin çəkilməsidir.
Onu da qeyd edək ki, “1918-ci il hadisələri: UNUDULMAYAN TARİX” filmi həmin hadisələrin coğrafi məkanı nəzərə alınaraq Bakı şəhərində və regionlarda çəkiləcək.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi
Baxış sayı: 2 917
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

