FACT-INFO.AZ » AKTUAL » Səməd Seyidov: Dağlıq Qarabağla bağlı məruzənin qəbul olunması Azərbaycan nümayəndə heyətinin uğurudur
6-11-2015, 09:05 | AKTUAL
Səməd Seyidov: Dağlıq Qarabağla bağlı məruzənin qəbul olunması Azərbaycan nümayəndə heyətinin uğurudur

Səməd Seyidov müzakirələrin çox gərgin keçdiyini bildirərək Ermənistan nümayəndə heyətinin üzvlərinin Robert Valterə qarşı xoşagəlməz ittihamları ilə başladığını qeyd edib. O, erməni deputatların Valteri qeyri-obyektivlikdə suçladıqlarını, AŞPA-nın etik qaydalarına sığmayan ittihamlar səsləndirdiklərini vurğuladı.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirdi ki, siyasi büronun demək olar bütün üzvləri Valterin müdafiəsinə qalxdı. Çünki burada söhbət təkcə məruzəçinin şəxsiyyətindən yox, eləcə də AŞPA-nın məruzələrinin hazırlanması ilə bağlı qəbul olunmuş standartlardan gedirdi. Ermənistan nümayəndə heyəti üzvləri bugünkü hərəkətləri ilə AŞPA-da hazırlanmış, hazırlanacaq və bu gün müzakirə olunan sənədlərin təqdim olunma prosedurunu kobud şəkildə pozurdular.

Səməd Seyidov qeyd etdi ki, erməni deputatlar artıq hazır olan bu məruzənin müzakirəyə çıxarılmasına hər vəchlə mane olmağa çalışırdılar. Onlar “Valter bu məruzənin hazırlanmasında qeyri-obyektiv yanaşmalara yol verib. Onun məruzəsi ləğv olunmalıdır. Bu məruzə qəbul edilə bilməz. Biz Ermənistanı dəstəkləyən məruzəçi tapmalıyıq. İstədiyimiz şəkildə məruzə hazırlamalıyıq” kimi fikirlər səsləndirdilər.

Əlbəttə, bu gülünc və qeyri-obyektiv, həqiqətdən uzaq mövqe siyasi komitədə dəstək tapa bilməzdi,-deyən Səməd Seyidov bu mövqeyin tam iflasa uğraması üçün komitə sədrinin bu məsələni səs verməyə çıxardığını qeyd etdi.

Azərbaycan nümayəndə heyətinin rəhbəri daha sonra dedi: “Biz əmin idik ki, erməni deputatlar bu səs vermədə uduzacaqlar. Belə də oldu. Komitənin üzvlərinin demək olar hamısı bu məruzənin müzakirəyə çıxarılmasına səs verdilər. Komitə üzvləri məruzəçini və məruzəni tam dəstəklədilər. Bu hadisə bugünkü iclasda birinci nailiyyət idi. İkinci məsələ isə o idi ki, Ermənistan tərəfi və nümayəndə heyəti Avropa Şurasının məruzəçisini Ermənistana və Dağlıq Qarabağa buraxmadı və bununla da özünü çətin vəziyyətdə qoydu. Faktiki olaraq, məruzəçiyə qarşı Avropa Şurasının qəbul olunmuş standartları yenidən pozuldu. Bütün bunlar öz əksini məruzədə tapdı. Biz çox sevinirik ki, Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı törədilmiş etnik təmizləmələr aparılması, Azərbaycanda qaçqın və məcburi köçkünlər məsələsi də məruzəyə daxil edilib”.

Çətin vəziyyətdə olmasına baxmayaraq Azərbaycan hökumətinin imkan daxilində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin və sosial məsələlərinin həlli ilə bağlı gördüyü tədbirlərin də məruzədə öz əksini tapdığı qeyd olunub.

Səməd Seyidov qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin və siyasi büronun üzvü kimi o, həmin məruzəyə üç əlavə təklif edib və hər üç təklif komitə üzvləri tərəfindən dəstəklənərək qəbul olunaraq məruzəyə daxil edilib:

-Ermənistan nümayəndə heyətinin konstruktivlikdın uzaq davranışı və apardığı siyasətin pislənilməsi və bu siyasətə son qoyulması;

-Azərbaycanın işğal olunmuş ərazilərindəki –Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda vəziyyətlə bağlı məsələlərin Ermənistanın birbaşa məsuliyyəti və onun törətdiyi işğalın nəticəsi olması;

-Azərbaycanlıların Dağlıq Qarabağda qeyri–qanuni hökm əsasında girov saxlanılması və onların dərhal azadlığa buraxılması cümlələrinin məruzəyə əlavə edilməsi.
Bu gün müzakirə olunan məruzə siyasi komitənin demək olar bütün üzvləri tərəfindən qəbul olunaraq Avropa Şurasının yanvar sessiyasında açıq şəkildə müzakirəyə tövsiyə olunub. “Bu, Azərbaycan nümayəndə heyətinin uğurudur. Ermənilərin həqiqəti gizlətmək, ona mane olmaq üçün bütün cəhdlərinə baxmayaraq Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsində həqiqət, ədalət qalib gəlir və AŞPA–da deputatlar arasında Azərbaycanla bağlı beynəlxalq qanunun normalarına riayət edilməsinə başlanılır. Mən əminəm ki, bu məruzə yanvar sessiyasında açıq şəkildə müzakirə olunacaq və dəstəklənəcək. Bu proses Minsk qrupu çərçivəsində aparılan danışıqlara da öz töhfəsini verəcək”-deyə Səməd Seyidov bildirib.

   

 

 




Baxış sayı: 2 327
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031