Əminəm ki, prezident seçkilərindən sonra da Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.
Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyz sechki-2018.az saytına açıqlamasında bildirib. Azərbaycanın multikultural, sülhsevər bir ölkə olduğunu qeyd edən P. Teyz vurğulayıb ki, Azərbaycan xalqının bu xəzinəsi prezident seçkiləri ərəfəsində dinc mühit yaratmağı asanlaşdırır. İnanıram ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri dünyaya bu ölkənin ən yüksək demokratik dəyərlərə malik olduğunu bir daha göstərəcək.
Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, buna baxmayaraq ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Azərbaycanın Avropa İttifaqına üzv ölkələr ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə malik olduğunu bildirən P.Teyz prezident seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini vurğulayıb.
Baxış sayı: 1 662
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

