FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Ermənilər Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb”
13-03-2018, 08:00 | TƏDQİQATLAR-ANALITIKA
“Ermənilər Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Tarix İnstitutundan verilən məlumata görə, Elmi Şurada “Türkmənçay müqaviləsi və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib. Tədbiri giriş sözü ilə açan institut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: “200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb”.

“1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin Osmanlı imperiyası və Qacarlar İranından köçürülməsinin əsası qoyuldu. Erməni köçlərini bütün yol boyunca çar Rusiyasının mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri budur ki, tanınmış rus rəssamı Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib”, - deyə Yaqub Mahmudov qeyd edib.

Akademik bildirib: “Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında yeni bir etnos - erməni etnosunu məskunlaşdırdı. Ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülmüş etnosdur. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”. İnstitut direktorunun sözlərinə görə, Osmanlı imperiyası və Qacarlar İranının bəzi dairələri ermənilərin Cənubi Qafqaza köçürülməsinə etiraz ediblər.

Xatırladaq ki, tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.Tarixçi alimlər Kərim Şükürov, Hacı Həsənov, Ənvər Məmmədov, Elçin Qarayev, Vidadi Umudlu, Ramil Niftəliyev, Zeynəb Qafarova, Sahibə Budaqova və başqaları çıxış edərək bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.(525.az)




Baxış sayı: 1 824
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30