FACT-INFO.AZ » AKTUAL » Pirallahının dünəni və bu günü
10-03-2018, 13:45 | AKTUAL
Pirallahının dünəni və bu günü

Onu da qeyd edək ki, Pirallahı adına ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Görünür sonradan bu qədim ziyarət yeri İslam aləmi tərəfindən də müqəddəs bir yer kimi qəbul edilmişdir. Pirallahının abidələri haqqında məlumatlara Azərbaycanda olmuş səyyah və alimlərin yol qeydlərində və əsərlərində rast gəlmək mümkündür. XVIII əsr alman səyyahı və həkimi İ.Lerx (1703-1780) “Onun həyatı və səyahətləri” əsərində Pirallahı abidələri barədə məlumat vermişdir.

Səyyahın əsərində “Pir” adasının və Abşeron yarımadasının üzbəüz sahilinin sxematik planı əks olunmuşdur. İ.Lerx yarımadanın qurtaracağında üç bürc və iki məqbərənin, adada isə ətrafında çoxlu sayda başdaşları olan bir məqbərənin olduğunu göstərmişdir. Lerxin əsərinə əlavə edilmiş sxematik təsvirdə Pirallahı adasında türbələr və üç müdafiə bürcünün olduğu da aydın görünür. Pirallahıda sovet dövründə məhv edilmiş kitabələr arasında qoyunşəkilli qəbirdaşların təsviri faktları da çox maraqlıdır.

Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix verib. O sübut edib ki, burada zəngin neft ehtiyatı var. Pirallahıda geniş axtarış-qazma işlərinə isə 1897-ci ildən başlanılıb. O zaman hələ neft-qaz geologiyası mükəmməl axtarış-kəşfiyyat üsullarına malik deyildi. Odur ki, kəşfiyyat işləri sahibkarların şəxsi fikirləri əsasında sistemsiz həyata keçirilirdi. Dənizdən neft və qaz çıxarmaq üçün birinci təcrübə-sınaq dəniz özüllərinin inşasına cəhd edilmişdi. Pirallahı adasında neft tapılandan sonra burada əsaslı dəyişikliklər baş verir. Daşdan yaşayış və sənaye tikililəri, 50 min kubmetr tutumu olan anbar, 1420 kilovat gücündə istilik elektrik stansiyası, mexaniki emalatxanalar və digər istehsalat obyektləri inşa edilir. Eyni zamanda, adada, quru sərhədlərdən kənarda mütəmadi şəkildə kəşfiyyat işləri aparılır.

Pirallahını Abşeron yarımadası ilə birləşdirmək məqsədilə 1939-cu ildə Moskva şəhərində Yanacaq Sənayesi Xalq Komissarlığı tərəfindən “Damba” adlanan körpü-bəndin tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahillə birləşdirən körpünün tikintisi 1941-ci ildə başlanmış, 1943-cü ildə başa çatmışdır. 1943-cü ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb. O vaxta qədər ada ilə sahil arasında nəqliyyat vasitəsi kimi qayıq, gəmi və katerlərdən istifadə olunub. “Damba”nın tikilməsi ilə Pirallahı süni yarımada statusu almışdır. Pirallahıda yeni neft yataqlarının istismara başlanması 2-ci dünya müharibəsi illərinə təsadüf edir. Neftə daha çox ehtiyac olduğu nəzərə alınaraq Pirallahı adasına dövlət səviyyəsində maraq daha da artır. 1947-ci ildə adanın cənub qurtaracağında dənizdə “Gürgən-dəniz” neft yatağı aşkar edildi.

Fact-info.az saytının bir sıra suallarını YAP Pirallahı rayon təşkilatının baş məsləhətçisi İlqam Əsgərov cavablandırır:

-YAP Pirallahı rayon təşkilatının yaradılması çoxda uzaq tarix deyil. Bu dövr ərzində qarşıya qoyulan missiya yerinə yetirildimi?

-Təbii ki, bu, bir neçə il ərzində YAP Pirallahı rayon təşkilatı çox geniş fəaliyyət göstərib. Ümumiyyətlə, bu rayonla bağlı öncə bəzi məqamlara diqqət yetirmək istərdik. 2013-cü 17 iyul tarixində təsis konfransı keçirilən YAP Pirallahı rayon təşkilatı qısa zaman ərzində üzvlərinin sayını 2 mindən 4 minə çatdırdı. Rayonun ictimai-siyasi həyatında, xüsusən mədəni-kütləvi tədbirlərin keçirilməsində təşkilatın xüsusi rolu var. YAP Pirallahı rayon təşkilatının 05 may 2017-ci il tarixdə keçirilən II Konfransından sonra təşkilatın fəaliyyətində daha da canlanma baş verdi. Hal-hazırda cəmi 20,3 min əhalisi olan rayonun YAP Pirallahı rayon təşkilatı üzvlərinin sayı 5 mindən artıqdır ki, bu da respublika üzrə ən yüksək faiz göstəricisidir. 2017-ci ildə Partiyanın yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən sentyabr-noyabr aylarında silsilə tədbirlər keçirilmişdir. Silsilə tədbirlər çərçivəsində 400 nəfər partiya fəalının və gəncin iştirakı ilə rayonun Gürgən qəsəbəsinin “Qala divarları kompleksin”dən hərəkət edərək Pirallahı qəsəbəsində ulu öndər Heydər Əliyevin postamentinə qədər 10 km-lik məsafəni qət etməklə qaçış-yüruş, iməciliklər, talasemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyasını, hər həftənin şənbə günləri rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda iməciliklər, ağacəkmə və yaşıllaşdırma kampaniyalarını, ümumtəhsil müəssisələrinin şagirdləri arasında mini-futbol yarışı, dama və şahmat turniri təşkil olunmuşdu. Təbii ki, Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın xüsusi rolu haqqında seminarları və müxtəlif tədbirinin davamlı keçirildiyini qeyd etmək olar.

-Paytaxtdan uzaqda yerləşən Pirallahı rayonunda həyata keçirilən quruculuq işləri haqqında nə demək olar?

-Onu qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 21 dekabr tarixində imzaladığı fərmana əsasən Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonu yaradılmışdır. Əsasən neft rayonu kimi tanınan Pirallahı rayonunun yaradılması bir daha dövlət başçısı cənab İlham Əliyevin ölkə iqtisadiyyatımızın inkişafında, müstəqilliyimizin ilk illərində dövlətçiliyimizin qorunmasında mühüm rolu olan neft sənayesinə və neftçilərimizə verdiyi yüksək qiymətdir. Yarandığı gündən etibarən rayonda quruculuq-abadlıq işlərinə başlanmışdır. İlk növbədə yerli əhalinin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması məqsədilə infrastruktur layihələrə start verildi. İlk dəfə olaraq rayon mərkəzi sayılan Pirallahı qəsəbəsinə içməli su xətti çəkildi. Əvvəllər sutka ərzində cəmi 2 saat texniki su ilə təmin olunan əhali indi fasiləsiz içməli su ilə təmin olunmuşdur. Rayon mərkəzini Bakı şəhərinin mərkəzi ilə birləşdirən Qala-Pirallahı magistral yolun inşası başa çatmış və qəsəbədaxili məhəllələrin rayonun əsas küçəsi ilə yolları asfaltlanmışdır. Qəsəbənin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməsi üçün xüsusi yerlər salınmışdır.Vətənimizin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsini əbədiləşdirmək üçün Pirallahı qəsəbəsində “Vətən uğrunda” abidə-kompleks inşa edildi. Yeni iş yerlərinin açılması rayonda işsizliyin aradan qaldırlmasına kömək edir. Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparılır. Pirallahı adasının giriş hissəsində özündə balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksi yaradılmışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 avqust 2017-ci il tarixli "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni çoxmənzilli binaların tikintisi nəzərdə tutulub.

-Seçkiyə hazırlıq prosesi haqqında nə deyə bilərsiniz?

-Qarşıda gələn Prezident seçkilərinə yüksək əhval-ruhiyyə ilə hazırlaşan YAP Pirallahı rayon təşkilatında Seçki Qərargahı yaradılmışdır. Seçicilərlə, xüsusilə ilk dəfə səs verəcək gənclərlə, partiya fəalları ilə mütəmadi görüşlər keçirilir. Mən deyərdim seçkiyə hazırlıq prosesi mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır. Əhalidə seçkiyə maraq çox yüksəkdir. Bu baxımdan düşünürəm ki, bizim rayonumuzda seçki hazırlığı prosesi normal davam edir.

-Pirallahı rayonu həm də kifayət qədər turizmin potensialı olan ərazidir. Ümumiyyətlə, bu, sahəni inkişaf etdirmək üçün hansı addımları atmaq mümkündür?

-Həqiqətən Pirallahı rayonu sənaye sahələri ilə yanaşı turizmin inkişafı zəngin potensiala malikdir. Rayonun coğrafi mövqeyi turizmin inkişafı üçün çox əlverişlidir. Pirallahıda turizmin rəqabət imkanlarını artırmaq üçün görülən tədbirlər sırasında infrastrukturun yaxşılaşdırılması əsas yer tutur. Turizm üçün yararlı olan ərazilərdə yol infrastrukturunun təkmilləşdirilməsi turizmin əhəmiyyətli dərəcədə inkişaf etməsinə öz töhfəsini verir. Yol infrastrukturunun yaxşılaşdırılması bu rayonun canlanmasına gətirib çıxardacaq ki, bu da iqtisadi inkişafın əldə olunması üçün əlverişli imkanlar yaradır. Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan verir ki, Pirallahı rayonu Azərbaycan turizminə öz töhfəsini versin. Pirallahı nəqliyyat dəhlizinin yenidən qurulması imkan verəcək ki, bu zonaya təkcə əmək resurslarının axını yox, turistlərin də axını da artsın. Çünki burada dənizkənarı istirahət zolağı da yaradılır. İlk növbədə yerli turistlər gələcək. Zaman keçdikcə xarici turistlərin bu məkanlarda istirahət üçün imkanlar genişlənəcək. Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən, yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı üçün əlverişli imkanlar yaranmışdır.

-Gənclərdə, orta məktəb şagirlərində vətənpərvərlik ruhunu yüksəltmək üçün hansı işlər görülür və həyata keçirilməsi nəzərdə tutulan digər tədbirlər haqqında nə deyə bilərsiniz?

-Bildiyiniz kimi Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında ölkə Prezidenti cənab İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etmişdir. Bununla əlaqədar olaraq YAP Pirallahı təşkilatı sədrinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Xüsusilə, orta məktəblərimizdə gənc nəslin vətənpərvərlik ruhunu yüksəlməsinə xidmət edən silsilə tədbirlərimiz, intelektual yarışmalar təşkil olunacaq Yaşadığımız il daha bir əlamətdar hadisə ilə - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlamətdardır. Heydər Əliyev irsinin öyrənilməsi, sonrakı nəsillərə çatdırılması məqsədilə debatların, seminarların təkili, idman yarışlarının, agacəkmə kampaniyalarının və digər tədbirlərin keçirilməsinə start verilmişdir. Adı çəkilən tədbirlərin təşkili və keçirilməsində, həmçinin rayonun ictimai-siyasi həyatında YAP Pirallahı rayon təşkilatının gənc əməkdaşı Günel Məmmədovanın fəaliyyətini xüsusi qeyd etmək istərdim.

Fact-info.az




Baxış sayı: 2 861
Müasir Azərbaycan rəngkarlığında Natəvan obrazı Dünən, 19:30 “Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir” - Hərbi attaşe Dünən, 19:00 XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub Dünən, 18:00 Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib Dünən, 17:00 Chinese Ambassador: WAICO to advance the safe and equitable development of AI Dünən, 17:00 Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur Dünən, 10:30 “Kür” sənədli filmi beynəlxalq layihədə qalib olub Dünən, 10:30 Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb Dünən, 09:00 Əfsanəvi geoloq Fərman Salmanovun 95 illiyi qeyd olunub Dünən, 08:00 Zelenski Trampla görüşünün bəzi detallarını açıqlayıb 28-07-2026, 20:00 Kreml: Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub 28-07-2026, 19:30 Chinese ambassador: China’s army ready to further deepen cooperation with Azerbaijan’s Armed Forces 28-07-2026, 17:00 Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb 28-07-2026, 16:30 Erməni vandalizmi ilə bağlı növbəti tədbir keçirilib 28-07-2026, 14:30 Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir 28-07-2026, 14:30 XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır 28-07-2026, 13:00 ABŞ səfiri: Türkiyə ilə əməkdaşlığa böyük önəm veririk 28-07-2026, 11:00 Özbəkistanlı alimlər Gəncədə Nizami Gəncəvi irsi ilə tanış olublar 28-07-2026, 10:30 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb 28-07-2026, 10:30 Medianın İnkişafı Agentliyi Bəyanat yayıb 27-07-2026, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib 27-07-2026, 17:00 Azerbaijan’s Media Development Agency issues statement 27-07-2026, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub 27-07-2026, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb 27-07-2026, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb 27-07-2026, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO 27-07-2026, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib 27-07-2026, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək 27-07-2026, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır 27-07-2026, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031