FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » ABŞ kəşfiyyatı və Dağlıq Qarabağ: erməniləri qorxuya salan məqamlar
6-03-2018, 09:10 | TƏDQİQATLAR-ANALITIKA
ABŞ kəşfiyyatı və Dağlıq Qarabağ: erməniləri qorxuya salan məqamlar

Məruzədə Kremlin Ukrayna, Belarus və Gürcüstanda hansı riskləri yarada biləcəyi haqda müəyyən qənaətlər səsləndirilib. Amerikalıların fikrinə görə, sadalanan məkanlarda Moskva dağıdıcı, risk yaradıcı və silahlı toqquşmalara apara biləcək faktor rolunu oynayacaq. Yəni böyük bir geosiyasi məkanda Rusiya 2018-ci ildə təhlükə mənbəyi ola bilər. Bunun fonunda da ABŞ kəşfiyyatı Dağlıq Qarabağda müharibə riskinin yüksələ biləcəyini vurğulayır. Ayrıca qeyd edir ki, Moskva Cənubi Qafqazdakı müttəfiqinə hərbi yardım edəcək. Məlumdur ki, Rusiyanın buradakı hərbi müttəfiqi Ermənistandır. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda genişmiqyaslı savaş yarana bilər. Doğrusu, bu proqnozların nə dərəcədə reallığa əsaslandığı aydın deyil. Ondan daha çox Rusiya düşmənçiliyinin iyi gəlir. Ancaq ermənilərin hər bir əsassız məqamdan öz maraqları üçün istifadə etmək vərdişini nəzərə alaraq məsələnin bir sıra geosiyasi aspektləri üzərində dayanmaq istərdik.

Senatdakı məruzə: ABŞ kəşfiyyatının xəbərdarlıqları Azərbaycan Prezidenti İlham Əliyevin hakim partiyanın VI qurultayındakı nitqi erməniləri sözün həqiqi mənasında silkələyib. Onlar qarşılarına kim çıxdı, bu barədə sual verir və özlərinə uyğun cavab qondarmağa çalışırlar. KİV-in səthi monitorinqi göstərir ki, Ermənistan rəhbərliyi başını itirib, hər tərəfdən olan iradlara düzgün cavab verməyə halı qalmayıb. Digər tərəfdən isə bir sıra erməni ekspertləri ABŞ, Avropa və Rusiyaya şikayətlərində davam etməkdədirlər. Bu, onların köhnə adətidir – bir çətinliyə düşən kimi onları ortalığa atanların üstünə gedirlər ki, yardım alsınlar.

Öncə, ABŞ Milli Kəşfiyyatının bir hesabatına Ermənistan mətbuatının göstərdiyi münasibətə nəzər salaq. Bu il fevralın 13-də Vaşinqtonda Senat komitəsində çıxış edən Milli Kəşfiyyatın direktoru Den Kouts Amerika üçün risk yarada biləcək faktorlara da toxunub. O, müxtəlif regionlarda meydana gələ bilən proseslər haqqında informasiya verib. Təbii ki, bu, hər şeydən əvvəl, bir məruzədir. Digər yandan, ABŞ-ın maraqları onun məzmununda yox deyildir. Nəhayət, D.Kouts ehtimali-proqnostik xarakterli müddəalar ifadə edib.

Ancaq ermənilər onun Dağlıq Qarabağla bağlı dediklərini böyük həyəcanla mütləq baş verəcək hadisə kimi çatdırmağa çalışırlar. Məqsəd aydındır: dünyanı əsassız olaraq bəri başdan Azərbaycanın üstünə qaldırmaq! Bunun üçün bütün günahları Bakının üzərinə yıxmaq gərəkdir. Eyni zamanda, bu üsulla danışıqlar prosesini dalana dirəmək niyyəti də ortadadır. Məsələ belədir ki, Azərbaycan diplomatiyasının fəallığı nəticəsində danışıqlarda gözəçarpan dəyişikliklər ola bilər. Həmsədrlər Ermənistandan zəbt etdiyi rayonların bir qismini tərk etmələrini birbaşa tələb edə bilərlər. Sonrakı mərhələdə isə digər problemlərin həlli üçün əsas yaranar. Rəsmi İrəvan və bir sıra xarici dairələr bu ssenari ilə razılaşmaq istəmirlər. Ermənistan rəhbərləri hələ də "dqr"-in müstəqilliyindən danışır və rasional mövqedən çox uzaq görünür.

Onu da deməliyik ki, bütün bunlar ermənilərə həm də ona görə qorxulu röya kimi görünür ki, Azərbaycan dinamik inkişaf edir, onun ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bakı müasir silahların alınmasında da İrəvandan qat-qat yüksək mövqedədir. Çünki ödəməyə pulu var. Ermənistan isə ancaq Rusiyanın hərbi sisteminin mərhəmətinə ümid edə bilir. Buraya son vaxtlar Türkiyənin atdığı bir sıra qətiyyətli addımları da əlavə etmək lazımdır. Ankara açıq bəyan edir ki, öz maraqlarını təmin etmək üçün heç nədən çəkinməyəcək. O cümlədən harada lazım bilsə, orada hərbi əməliyyatlar aparıb terrorun kökünü kəsməyə çalışacaq.

Bu kimi informasiyaların fonunda ermənilərin əl-ayağa düşməsi tamamilə gözləniləndir. Onlar məğlub olacaqlarından çox ehtiyat edirlər. ABŞ kəşfiyyatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi proqnozlara da həmin qorxu hissi prizmasından yanaşırlar. D.Kouts deyib ki, Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə arta bilər. Bu, Azərbaycanla Ermənistan arasında genişmiqyaslı hərbi toqquşmaya gətirib çıxarar. Rusiya isə özünün regional müttəfiqinə yardım etməyə çalışar.

Bundan başqa, kəşfiyyatın hesabatında o da göstərilir ki, münaqişə edən tərəflər bir-birlərinə güzəştə getmirlər. Azərbaycan hərbi sistemini modernləşdirməkdə davam edir. Ermənistan da 2018-ci ildə Rusiyadan yeni silahlar almağa hazırlaşır. Nəticədə, münaqişə ətrafında riskli vəziyyət yaranır və onun müharibəyə səbəb olması ehtimalı vardır.

Ermənistan: təlaş və iftira ABŞ kəşfiyyatı, əslində, məsələni Cənubi Qafqaz kontekstində qiymətləndirir. Çünki burada xüsusi vurğulanır ki, Rusiya Gürcüstanda qeyri-sabitlik yaratmaqla onun Qərbə inteqrasiyasına mane olmağa cəhd göstərə bilər.

Deməli, söhbət, əslində, ABŞ-ın bütövlükdə Cənubi Qafqazda 2018-ci ildə geosiyasi proseslərin dinamikasını proqnozlaşdırmaq cəhdindən gedir. Diqqət edilsə, D.Kouts vurğuladığımız bağlılıqda iki faktoru qabardır. Birincisi, Cənubi Qafqazda təhlükə və risk mənbəyi Moskvanın addımları ilə bağlıdır. İkincisi, Rusiyanın bu regiondakı müttəfiqinə yardım etməsi Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasının əsas səbəblərindən biridir. Yekun olaraq, Rusiyanın məqsədi özünün bu regiondakı geosiyasi maraqlarını nəyin bahasına olur-olsun saxlamaqdan ibarətdir.

Bunlar Vaşinqtonun Cənubi Qafqazda Ermənistanın mənfi rol oynadığını üstüörtülü də olsa, qəbul etdiyini göstərir. Çünki, əgər ABŞ kəşfiyyatı burada vəziyyəti Rusiyanın kəskinləşdirdiyini düşünürsə, onun isə müttəfiqi Ermənistandırsa, onda mənzərə aydındır. Belə çıxır ki, Den Kouts həm də Ermənistana mesaj verir ki, geosiyasi-hərbi istiqamətini dəyişsin, əks halda, müharibə qaçılmaz olacaq!

Məsələnin bu tərəfini Ermənistanda etiraf etmək istəmirlər. Burada daha çox Azərbaycanı ittiham edirlər. Yazırlar ki, Azərbaycanın sürətlə silahlanması vəziyyəti çətinliyə salır. Bu, çox əsassız və reallığa uyğun olmayan iddiadır. ABŞ kəşfiyyatı da yaxşı bilir ki, Azərbaycan özünü müdafiə etmək və işğal altında olan torpaqlarını azad etmək üçün güclü orduya sahib olmalıdır. Bu, BMT Nizamnaməsində də normal dövlətlər üçün nəzərdə tutulan şərtlərdən biridir. Maddə olaraq adı belədir: "Hər bir dövlətin təbii müdafiə hüququ var"!

Azərbaycan indiyə qədər kimin ərazisinə hücum edib? Heç kəsin. Əksinə, Azərbaycan daima ona olan hücumlardan özünü qorumağa çalışıb. 1988-ci ildən başlayaraq isə kənardan istiqamətləndirilən Ermənistanın hərbi təcavüzü ilə mübarizə aparır. Dəfələrlə Azərbaycana qarşı terror törədilib. Ərazisinin 20%-i zəbt edilib. İndi də oradan çıxmaq fikrində deyillər. Belə vəziyyətdə Azərbaycan nə etməlidir? Təbii ki, ordusunu modernləşdirməli, hərbi qüdrətini artırmalı və işğalçıları zəbt etdikləri ərazilərdən çıxarmalıdır ki, BMT Nizamnaməsinə uyğun şəkildə ərazi bütövlüyünü, suverenliyini təmin etsin.

Buna qarşılıq olaraq Ermənistan necə davranır? Onun havadarları nə deyirlər? Ermənilər müxtəlif iftira, böhtan, yalan və əsassız informasiyalar ortaya ataraq həm işğalçılıqlarına davam edir, həm də Azərbaycanı günahlandırmağa cəhd göstərirlər. Prezident İlham Əliyevin İrəvan, Zəngəzur və Göyçə haqqında dediklərini də eyni saxtakarlıq, həyasızlıq və şərəfsizliklə müxtəlif yerlərdə dilə gətirirlər.

Erməni "ekspert"lərindən biri iddia edir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Azərbaycanı ittiham edir. Niyə? Sən demə, rusiyalı diplomat keçirdiyi mətbuat konfransında erməni jurnalistin verdiyi suala cavab olaraq deyib ki, İlham Əliyevin dedikləri mövcud gərginliyi azaltmır. Gərginlik nəyə görə mövcuddur? Ona görə mövcuddur ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmır və bunu həmsədr ölkələr ciddi tələb etmirlər. Ermənilər özlərinin təcavüzkar oyununu aparırlar, ona yardım edənlər isə geosiyasi maraqlarına oynayırlar. Onların hər ikisi ədalət prinsipindən uzaq, yerli xalqların və dövlətlərin maraqlarını gözləmədən hərəkət edirlər. Belə olan halda İlham Əliyevin sözlərinin gərginliyə nə aidiyyəti var? Əksinə, Azərbaycan Prezidenti əsrlərdir bölgə xalqları üçün gərginlik mənbəyi olan faktorları aradan qaldırmaq strategiyasından bəhs edir. Bunun üçün də haqlı olaraq Azərbaycan dövlətinin əlindən gələn hər bir sivil və demokratik tədbirləri həyata keçirəcək.

Bunlardan belə çıxır ki, ABŞ-ın və Rusiyanın Cənubi Qafqazda öz maraqları var və həmin prizmadan fikir söyləyir, proqnozlar irəli sürürlər. Orada tam obyektivlikdən söhbət gedə bilməz. Bu cür durumun mövcud olduğu müddətdə isə bu bölgədə sabitlikdən danışmaq çox çətin olacaq. Üstəlik, Azərbaycanın təhlükəsizliyini təmin etmək istiqamətində atdığı hər addıma qərəzli yanaşılacaqsa, bəzilərinin bəhs etdiyi gərginlik daha da artacaq. Newtimes.az




Baxış sayı: 1 714
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq Dünən, 19:00 Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib Dünən, 18:30 Participants of Coordination Headquarters meeting view intensive horticulture farms in Khojaly district Dünən, 18:00 UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub Dünən, 17:30 Xalq şairinə həsr olunan "Sözün qüdrəti” adlı virtual kitab sərgi hazırlanıb Dünən, 12:00 Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib Dünən, 11:30 Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb Dünən, 10:30 DYP piyadalara müraciət edib Dünən, 10:30 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb Dünən, 09:30 Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır Dünən, 09:00 Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər 16-06-2026, 20:00 Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir 16-06-2026, 19:30 Azerbaijan, Uzbekistan sign documents with participation of both countries’ PMs 16-06-2026, 17:00 Şuşa Bəyannaməsi Azərbaycanın və regionun təhlükəsizlik çətiridir 16-06-2026, 14:00 “Resurs” Kürdəmirdə tədbir keçirdi 16-06-2026, 14:00 Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib 16-06-2026, 12:00 Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır 16-06-2026, 11:30 Moskva danışıqlarında ticarət, energetika, təhlükəsizlik sahələrinə dair məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır 16-06-2026, 09:30 Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti 16-06-2026, 09:00 Qarabağ döyüşçüsünün Şuşa xatirələrinin davamı 16-06-2026, 08:00 Paytaxtda və 8 rayonda avtomobil yolunda təmir aparılır 15-06-2026, 19:30 Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib 15-06-2026, 18:00 Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb 15-06-2026, 13:30 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 15-06-2026, 08:00 Mayor İlqar Verdiyevin xatirəsinə həsr edilən abidənin açılış mərasimi keçirilib 15-06-2026, 07:30 Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb 14-06-2026, 14:30 Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı" 14-06-2026, 12:00 Ceyhun Bayramov Ben Blakla ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib 14-06-2026, 09:30 Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb 13-06-2026, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb 13-06-2026, 12:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930