FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Moskvada keçirilən tədbirdə Azərbaycana qarşı təxribatın qarşısı alındı
5-02-2018, 10:45 | TƏDQİQATLAR-ANALITIKA
Moskvada keçirilən tədbirdə Azərbaycana qarşı təxribatın qarşısı alındı

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MQİMO-da keçirilən "Qafqaz keçmişdə və indi (cəmiyyət və siyasət, iqtisadiyyat və mədəniyyət)" adlı seminarın 27-ci iclasında İnstitutun "Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı, ermənipərəst Vadim Muxanovun "1918-ci ilin Şamxor faciəsi: tarix, gedişi və nəticələri" (Шамхорская трагедия 1918 г.: предьстория, ход и последствия) adlı məruzəsi dinlənilib. Tədbirdə azərbaycanlı alimlərin iştirakına qadağa qoyulub. Təkidlərdən sonra azərbaycanlı tarixçilər tədbirə buraxılsa da, təşkilatçılar tədbirin media üçün nəzərdə tutulmadığını əsas gətirərək, azərbaycanlı jurnalistlərə bu imkanı yaratmayıblar.

V. Muxanov yazdığı kitaba dair məruzəsində Şəmkir hadisələri zamanı güya azərbaycanlıların I Dünya müharibəsindən qayıdan rus əsgərlərini vəhşicəsində qətlə yetirdiyini, Azərbaycan ərazisində onların başına qırğınlar gətirildiyini qeyd edib. Müəllifin fikrincə, həmin dövrdə azərbaycanlıların bu fəaliyyəti Qafqazda vətəndaş müharibəsinə səbəb olub. Bundan əlavə, ermənipərəst müəllif monoqrafiyasında Azərbaycan xalqını təhqir edib. O, azərbaycanlıları "müsəlman bandası", "tatar şaykası" adlandırıb.

Tədbirdən sonra APA-nın suallarını cavablandıran Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin Vadim Muxanovun Azərbaycanın elm dairələrinə çoxdan məlum olduğunu söyləyib: "Onun Azərbaycanla bağlı mövqeyini yaxşı bilirik. Əslində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi ərəfəsində bu kitabın nəşri və onunla bağlı məruzə hazırlanması təsadüfi deyil. Seminarda bildirdim ki, Azərbaycanda müəllifin monoqrafiyada əsk olunan fikirlərinin qərəzli olduğu qənaəti hakimdir. 1918-ci ilin yanvarın 8-12-də Şəmkir stansiyasında baş verən hadisə hərbi əməliyyat olub. Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdi.

Sual verdim ki, müəlif həmin hərbi hissələrin statusunu necə müəyyənləşdirib? Muxanov monoqrafiyada onları rus əsgəri adlandırır. O, sualıma cavab verə bilmədi. İkinci sualım belə oldu ki, vətəndaş müharibəsi deyəndə nəyi nəzərdə tutub. Kitabda azərbaycanlılar və gürcülər bolşevik hakimiyyətini qəbul etmədiklərinə görə günahlandırılırlar. Onu da soruşdum ki, kitabda ermənilərə niyə yer verilməməsi ilə bağlı idi?

Kitabda Zaqafqaziya ölkələrindən bəhs edilsə də, ermənilərin fəaliyyətindən söz açılmayıb. Muxanov ümumi sözlərlə suallara cavabdan yayındı". S.Rüstəmova-Tohidi bildirib ki, erməni alimlər onun çıxışına mane olmağa çalışıblar. S. Rüstəmova-Tohidi Azərbaycan əleyhinə olan bu tədbirin MQİMO-da keçirilməsinin çox təəssüf doğurduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Rusiyada fəaliyyət göstərən tarix elmləri namizədi Eldar Abbasov V. Muxanovun yazdığı monoqrafiyada heç bir tarixi mənbədən istifadə etmədiyini bildirib: "Ona sualım da məhz bununla bağlı idi. Muxanov tarixi mənbəsini açıqlaya bilməzdi, çünki onun mülahizələri heç bir tarixi mənbəyə söykənmirdi".

Tədbirdə iştirak etməsinə baxmayaraq, çıxış imkanı verilməyən rusiyalı tarixçi-alim, erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxsaylı monoqrafiyanın müəllifi Oleq Kuznestov MQİMO-da Qafqazşünaslıq problemləri ilə bağlı tədbirlərin müntəzəm keçirildiyini söyləyib: "Bu tədbir bir tərəfdən akademik, digər tərəfdən isə formal xarakter daşıyırdı. Bu cür tədbirlərdə monoqrafiyalar müzakirə olunur və onların nəşr olunmasına tövsiyyə verilir. Tədbirin keçirilməsinə əsas məqsəd Vadim Muxanovun bu monoqrafiyasının iki ay sonra, aprel ayında, məhz Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyi ərəfəsində çapdan çıxarmaqdır. Bu işin əsas məqsədi Azərbaycan xalqının müstəqillik əldə etməsinin 100 illiyi ilə bağlı keçirəcək tədbirlərə kölgə salmaqdan, ləkə yaxmaqdan ibarətdir".




Baxış sayı: 1 564
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30