"20 yanvar faciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb". APA-nın məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in əməkdaşlarının iştirakı ilə 20 yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib. O bildirib ki, bu, Azərbaycana qarşı aparılan ikili standart siyasətinin tərkib hissəsidir: "Faciədən qısa müddət sonra Mixail Qarbaçova Nobel sülh mükafatı verildi. Hansı əməllərinə görə?"
H. Hacıyev qeyd edib ki, Azərbaycan xarici siyasətinin əsas hədəfi 20 yanvar faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və beynəlxalq aləmdə həqiqi məlumatların yayılmasından ibarətdir: "20 yanvar faciəsi 1988-ildə Ermənistanda başlayan etnik təmizləmə siyasətinin, Xocalı faciəsinin və Azərbaycan torpaqlarının işğalının tərkib hissəsidir. Sovet ordusu faciəni törədərkən Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edib. Onlar hücuma Əfqanıstan əməliyyatı kontekstində rəng verməyə çalışırdılar". XİN rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda möhkəm dövlətçilik ənənələri, institutları var və Azərbaycan beynəlxalq münasibətlərin layiqli üzvüdür.
Baxış sayı: 1 653
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

