Fransanın “LaCroix” portalında Azərbaycanla bağlı silsilə məqalələr yayılıb. Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəllifi Pola Buaye olan məqalələrdə ölkəmizin əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən, o cümlədən burada mövcud olan xristian kilsələrindən söhbət açılır.
Müəllif qeyd edir ki, Quba rayonunun Xınalıq və Qırız kəndləri dünyada ən yüksək yaşayış məskənlərindəndir. Burada ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələrini görmək mümkündür.
Ölkəmizin qədim tarixi abidələrindən bəhs edilən məqalələrdə, həmçinin Şəki və Qəbələdəki Alban məbədləri barədə məlumat verilir, Şəki xanlarının sarayının nadir memarlıq incilərindən biri olduğu vurğulanır.
Müəllif Azərbaycanın məşhur şəbəkə sənətindən də söhbət açaraq bildirir ki, bu qədim sənət Şəkidə hələ də qorunub saxlanılır. Bu sənəti yaşadanlardan biri Hüseyn Hacımustafazadə ilə söhbətində Pola Buaye məlumat verir ki, şəbəkə üslubunda hazırlanmış məhsullar dünyanın müxtəlif ölkələrindən sifariş olunur.
Baxış sayı: 1 901
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

