Bunu Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu deyib.
A. Qriqoriu bildirib ki, bu qərar bütün dünyaya nümayiş etdirib ki, Avropa Məhkəməsində ikili standartlara yer yoxdur. Bu qərar dünyada erməni lobbisinin mövqeyini hələ zəiflətməyib. Lakin qərarın Türkiyə və bütün dünya üçün böyük əhəmiyyəti var.
A. Qriqoriu qeyd edib ki, Avropa Məhkəməsinin qərarı İnsan Haqları Konvensiyası və qanunun aliliyinin siyasi spekulyasiyalar və yalan üzərində təntənəsini nümayiş etdirdi.
Qeyd edək ki, ötən gün Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük palatası qondarma "erməni soyqırımı"nın inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıyıb.(trend)
Bununla yanaşı, hakimlərdən 7-si əleyhinə olmaqla 10-u İsveçrə məhkəməsi tərəfindən Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçekin "erməni soyqırımı" böyük yalandır" ifadəsi ilə bağlı irqi diskriminasiyaya görə, ittiham edilməsinin yolverilməz olduğunu tanıyıb.
2007-ci ilin mart ayında Lozanna məhkəməsi D.Perinçeki irqi ayrı-seçkilikdə günahlandıraraq onun barəsində 90 günlük şərti həbs cəzasının verilməsi və 3000 İsveçrə frankı cərimə (2,5 min dollar) ödəməsinə dair qərar qəbul etmişdi.
Baxış sayı: 2 124
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

