FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür
23-12-2017, 10:40 | TƏDQİQATLAR-ANALITIKA
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür

Əsrlər boyu Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan olmuşdur və bu gün həm Şərqlə, həm Qərblə əməkdaşlıq siyasətimiz də, düşünürəm ki, xalqımızın çoxəsrlik adət-ənənələrinin və ölkəmizin coğrafi yerləşməsinin nəticəsidir. Bu siyasəti həyata keçirmək bizim üçün çətin deyildir. Əgər sizin öz mövqeyiniz varsa, müstəqil siyasət yürüdürsünüzsə və əgər siz etibarlı tərəfdaşsınızsa xarici siyasət təşəbbüslərini həyata keçirmək asan olur. Deyə bilərəm ki, bu gün bizim müsəlman dünyası ölkələri ilə çox yaxşı münasibətlərimiz vardır. İslam dünyasının bir hissəsiyik. Eyni zamanda, Avropa ölkələri ilə də yüksək səviyyədə əlaqələrimiz qurulub, biz Avropa təsisatları ilə fəal əməkdaşlıq həyata keçiririk. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində söyləyib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci kitabında toplanan materiallar 2011-ci ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Polşa Respublikasına işgüzar səfərinə dair materialla başlayır.

Nəşrin 48-ci kitabında dövlətimizin başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının təmin olunmasına, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Bu cilddə Prezident İlham Əliyevin Türkiyə və Qazaxıstana səfərlərinə, bu ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata bəyanatlarına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb. Kitabda Fransa, Avstriya, Macarıstan və Bolqarıstan prezidentlərinin Azərbaycana səfərləri zamanı bu ölkələrin dövlət və hökumət rəhbərləri ilə çoxşaxəli əlaqələrin inkişafından, enerji və qeyri-neft sektoru üzrə bağlanan müqavilələr və sazişlərdən, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsindən bəhs olunur. Bu cilddə, həmçinin Azərbaycan Prezidentinin Şərq tərəfdaşlığı sammitində iştirakına, ölkəmizə gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və din xadimləri ilə görüşlərinə dair materiallar, kütləvi informasiya vasitələrinə və xarici telekanallara verdiyi müsahibələri yer alıb.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 48-ci cildində, eyni zamanda, Prezidentin Ağdaş, Ucar, Ağsu, Oğuz, Qax, Şəki və Qəbələyə səfərləri, o cümlədən bu rayonların ictimaiyyət nümayəndələri ilə görüşləri, bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı barədə materiallar toplanıb. Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 48-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.




Baxış sayı: 1 610
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30