FACT-INFO.AZ » AKTUAL » "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara həmkarlarımı cəlb edəcəyəm"
11-12-2017, 09:35 | AKTUAL
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara həmkarlarımı cəlb edəcəyəm"

Bu sözləri "Report"un Qərbi Avropa bürosuna Avropa Parlamentinin Finlandiyadan olan üzvü xanım Heidi Hautala deyib. Müsahibəni olduğu kimi təqdim edirik:

- Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb. Bu istiqamətdə hansı tədbirlərin görülməsini istərdiniz?

- Avropa Parlamenti BMT-nin qətnamələrini tanıyıb. Biz parlamentarilər Dağlıq Qarabağ münaqişəsi üçün sülhməramlı danışıqları dəstəkləməliyik. Bilirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Mink qrupuna həvalə edilib. Düzdür, 25 il ərzində bu istiqamətdə bir sıra işlər görülüb. Lakin mən hesab edirəm ki, biz parlamentarilər də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəmizi verməliyik. Bu istiqamətdə aparılan danışıqları dəstəkləməliyik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Parlamentində danışıqların aparılmasının və bu danışıqlara digər tərəflərin cəlb edilməsinin tərəfdarıyam. Misal üçün vətəndaş cəmiyyətlərinin bu danışıqlarda iştirak etmələri həmin istiqamətdə atılan addımların uğurlu nəticələr verməsində böyük rol oynaya bilər.

Xüsusilə qadınları danışıqlara cəlb etməliyik. Dünyada imzalanan sülhməramlı müqavilələrin yalnız 2 faizi, sülh naminə aparılan danışıqların 9 faizində qadınlar iştirak edir. Bu, çox azdır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda qadınların iştirakı bu münaqişənin həllinə təkan verə bilər. Mən öz tərəfimdən Avropa Parlamenti çərçivəsində Dağlıq Qabağın sülh yolu ilə nizamlanması istiqamətində danışıqların aparılmasına öz həmkarlarımı cəlb etmək üçün çalışacam.

- Avropa İttifaqı ilə Azərbaycan arasındakı bugünkü əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Avropa Parlamenti ilə Azərbaycan parlamenti arasında münasibətlərin bərpa edilməsinə nail olmuşuq. Avronestdəki böhrandan sonra, nəhayət ki, azərbaycanlı həmkarlarımızla açıq dialoq qura bilmişik. Azərbaycan parlamentinin yeni təyin edilmiş nümayəndələri ilə işləmək asandır. Hesab edirəm ki, səmimi dialoq, danışıqlar yolu ilə istənilən məsələnin həllini tapmaq mümkündür. - İslamofobiya fenomeni ilə bağlı düşüncələriniz.

- Təəssüfedici haldır ki, dünyada bir sıra münaqişələr din adı altında baş verir. Bir sıra qruplar islam dinindən istifadə edərək zorakılıq faəliyyətləri ilə məşğul olurlar. Biz islamofobiya hallarını gözüyumlu qarşılamamalıyıq. İslamofibiya mövcud olmamalıdır. İslam dünyəvi dindir. Dünyəvi dövlət olan Azərbaycan buna bir nümunədir. Azərbaycan modeli digər ölkələr üçün örnək olmalıdır.




Baxış sayı: 1 783
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30