FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Zəngəzuru necə itirdik...
6-12-2017, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
Zəngəzuru necə itirdik...

Tariximizin qara səhifəsi olan bu bədnam hadisə Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının həmin gün keçirilən birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarın "q" bəndində deyilirdi ki, Zəngəzur... Sovet Ermənistanının tərkibinə keçir. İlk mərhələdə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində saxlandı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Zəngəzur ən qədim dövrlərdən həmin tarixədək hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların böyük çoxluğu da bu fikri təsdiqləyir". Bu cümlələr "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin yaydığı açıqlamadandır.

XVIII əsrdə Zəngəzur mahalı Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibinə daxil olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk) kəndi vardı. Hətta indiki Türkiyə və İran ərazilərindən çox sayda erməni əhalisinin köçürülməsindən sonra belə, beş dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində ayrıca inzibati bölgə - qəza olub. Birinci Dünya savaşında Rusiya və Osmanlıda baş verən hadisələrdən məharətlə istifadə edən Ermənistanın daşnak və bolşevik hökumətləri Zəngəzuru tam anneksiya etmək üçün hərbi-siyasi mübarizəni eyni israrla davam etdirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Acı təəssüflər olsun ki, 23 aylıq mövcudluğu ilə qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Zəngəzurda törədilən qırğınların qarşısının alınması və bölgənin əldə saxlanması üçün qətiyyətli addımlar atıb düzgün siyasi qərar qəbul edə bilmədi, erməni daşnaklarının Zəngəzur və Qarabağdan təmizlənməsi kimi tarixi şans əldən verildi (Hökumətin ilk Hərbi naziri və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun parlamentə müraciətlərini xatırlamaq kifayətdir).

Lenin tərəfindən Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli sahibi-faktiki Qafqaz canişini təyin olunmuş Serqo Orconikidze də bu məsələdə ermənilərə dəstək verirdi. Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: "Daşnak (Ermənistan) ilə hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir". Bu kompromis isə Azərbaycan torpaqları hesabına daşnakların şirnikləndirilməsi, ələ alınması yolu idi. 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu.

1920-ci il dekabrın 1-də N.Nərimanov Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qərarı barədə bəyanat verdi. Nərimanov həmin bəyanatda yalnız Zəngəzurun Ermənistana verilməsindan bəhs edirdi. Zəngəzurun inzibati bölgüsü ilə bağlı Azərbaycan rəhbərliyində narazılıqlar isə özünü göstərməkdə idi. Məhz buna görə Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş verməmişdi. AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında "Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili" haqqında qərar çıxarıldı. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi - Kürdüstan qəzasına bölmək təklif edilirdi.

1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölünür və Zəngəzur adı xəritədən silinir, Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə, Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-93-cü illərdə isə Zəngəzurun bu əraziləri də dünya supergüclərinin aktiv hərbi-siyasi dəstəyi ilə Ermənistanın işğalına məruz qaldı. 25 ildir ki, Zəngəzur elləri tamamilə erməni əsirliyindədir.

Hacı NƏRİMANOĞLU

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri




Baxış sayı: 1 681
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30