FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Amerika mediası işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərdən yazıb
2-12-2017, 10:55 | TƏDQİQATLAR-ANALITIKA
Amerika mediası işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərdən yazıb

Amerikanın “The Daily Caller” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın məqaləsi dərc edilib. Materialda üç amerikalı konqresmenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərindən bəhs edilir.

Müəllif həmin konqresmenlər tərəfindən Azərbaycan sərhədinin qanunsuz keçilməsi və onların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfəri barədə söhbət açaraq yazır ki, ABŞ Konqresinin üç üzvü – Nyu-Cersidən Frenk Pallone, Kaliforniyadan Devid Valadao və Havaydan Tulsi Qabbard ABŞ-ın rəsmi xarici siyasətinə məhəl qoymadıqları üçün məsuliyyət daşımalıdırlar.

Ekspert qeyd edir ki, Konqresin üzvləri Azərbaycanın rəsmi icazəsi olmadan Azərbaycan sərhədini keçməklə və bu ölkənin işğal altında olan ərazilərinə səfər etməklə Amerikanın müttəfiqinin qanunlarını və beynəlxalq hüquq normalarını pozublar. Daha sonra müəllif tutarlı səbəblər sadalayaraq izah edir ki, konqresmenlərin rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə getməyə haqqı yox idi.

Kontreras yazır ki, əvvələn, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycan öz müstəqilliyini elan edəndə bu ərazi Azərbaycanın tərkibində olub. Ermənilərin istinad etdikləri qondarma “müstəqillik haqqında referendum” isə vaxtilə, 1861-ci ildə Konfederasiyaya daxil olan ştatların Birləşmiş Ştatlardan ayrılması kimi qanunsuzdur. İkincisi, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək onunla nəticələnə bilər ki, bu səfərdə iştirak edənlər Azərbaycanın “qara siyahı”sına düşəcəklər. Üçüncüsü, Azərbaycan Birləşmiş Ştatların hərbi müttəfiqidir, Ermənistan isə onun müttəfiqi deyil. Azərbaycan əsgərləri Əfqanıstanda sülhyaratma qüvvələrinin heyətində xidmət edirlər. Azərbaycan Amerika qoşunlarının Əfqanıstana getməsi üçün öz səmasından istifadə etməyə icazə verir, bu qoşunları dəstəkləyir. 2002-ci ildən bəri Amerikadan Əfqanıstana daşınan materialların və şəxsi heyətin təxminən 40 faizi Azərbaycan ərazisindən keçməklə daşınır. Antidiffamasiya liqasının fikrincə, Ermənistan Avropada ikinci antisemit ölkədir.

Müəllif yazır ki, Pallone, Valadao və Qabbard Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək əvəzinə, birbaşa Azərbaycana uçub, 2017-ci ildə Amerikanın “Boeing” şirkətindən 1,1 milyard dollar dəyərində təyyarələr almış “Azərbaycan Hava Yolları” şirkətinə təşəkkür etsəydilər, daha yaxşı olardı. Cənubi Karolina və Vaşinqton ştatlarında istehsal edilən bu təyyarələr amerikalılar üçün minlərlə iş yeri yaradacaq. Kontreras öz məqaləsinin sonunda qeyd edir ki, bu cür səfər ABŞ üçün qat-qat artıq fayda gətirərdi.(Azərtac)




Baxış sayı: 1 615
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30