Bu fikri Fransa Senatının üzvü Natali Qule “L'Orne Combattante” portalına müsahibədə deyib.
Fransanın Orn departamentinin Montiyi-sür Nuaro qəsəbəsində təşkil olunacaq yarmarkada iştirak üçün Azərbaycanın da dəvət olunmasından bəhs edən senator artıq 15 ildir ölkəmizi tanıdığını bildirib. O, bu yarmarkanın beynəlxalq səviyyədə tanınmış, dinamik iqtisadi inkişafa malik ölkəmizlə Orn departamenti arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı fürsət olduğunu bildirib. N.Qule hər iki ölkənin prezidentlərinin qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrdən də danışıb.
Bəzən Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirildiyini deyən fransalı senator bunların qərəzli və qeyri-obyektiv olduğunu vurğulayıb. O, Azərbaycanın gənc ölkə olduğunu və ikili standartlara məruz qaldığını diqqətə çatdırıb. Azərbaycanda dini tolerantlığın hökm sürdüyünü vurğulayan N.Qule bildirib ki, demokratik inkişaf yolunda olan bu ölkəni dəstəkləmək lazımdır. Azərbaycanın Ermənistan ilə müharibə şəraitində olmasından söhbət açan senator Fransada fəaliyyət göstərən mətbuat orqanlarının bu məsələdə susqunluq nümayiş etdirdiyini təəssüflə bildirib. N.Qule xalqları, mədəniyyətləri birləşdirən müxtəlif festivallar vasitəsilə mədəniyyət sahəsində əlaqələri möhkəmləndirməyə və ümumi dəyərləri təşviq etməyə çağırıb.
Baxış sayı: 1 896
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

