FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Prezident Kitabxanasında “Türk xalqlarının kitab abidələri. Elektron Kitabxana” adlı resurs yaradılıb
9-10-2015, 10:50 | TƏDQİQATLAR-ANALITIKA
Prezident Kitabxanasında “Türk xalqlarının kitab abidələri. Elektron Kitabxana” adlı resurs yaradılıb

Prezident Kitabxanasının əməkdaşları türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlamış, bir qisminin isə elektron versiyalarını virtual məkandan toplayaraq “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” adlı resurs (www.turklib.az) yaradıblar.

AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də Prezident Kitabxanasında bu elektron resursun təqdimatı olub.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək elektron resurs barədə məlumat verib. Bildirib ki, bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.

Mayıl Əhmədov XX əsrin sonlarından etibarən türkdilli dövlətlər arasında əməkdaşlıq proseslərinin genişləndiyinə diqqət çəkərək türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə toplantısının 1992-ci ildə Ankarada baş tutduğunu söyləyib. Qeyd edib ki, sonrakı illərdə belə görüşlər müxtəlif vaxtlarda İstanbul, Antalya, Bişkek, Daşkənd, Bakı, Naxçıvan və Astanada keçirilib. Bu zirvə görüşlərində türk xalqlarının və dövlətlərinin bir-birinə inteqrasiyası, ortaq milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması məsələləri ön plana çəkilib.

Direktor, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda keçirilmiş IX Zirvə Toplantısında isə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Naxçıvan Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis olunub, TÜRKSOY fondunun yaradılması haqqında Azərbaycan Prezidentinin təklifi qəbul edilib.

M.Əhmədov deyib ki, cari ilin sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində ortaq türk televiziya kanalının və ortaq xəbər agentliyinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumlarının imzalanması xalqlarımız arasında əlaqələrin inkişafına güclü təkan verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin sammitdəki çıxışında Türk Akademiyasının və Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının gələcəkdə türkdilli dövlətlər arasında müxtəlif layihələrin icrası üçün gözəl imkanlara yol açacağını vurğulayıb.

Sonra elektron resurs təqdim olunub.

Elektron resursun əsas bölməsi “Ümumtürk yazılı abidələri” adlanır. Orta türk dövrünün möhtəşəm yazılı abidələrindən olan “Kül-Tegin: Orhun-Yenisey Yazıtları VI-VIII” kitabəsi, “Bilqamıs”, Kitabi-Dədə Qorqud” dastanları, Yusif Balasaqunlunun “Qutadğu bilig”, Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”, Əhməd Yasəvinin “Divani-Hikmət”, “Fəzlullah Rəşadəddinin “Oğuznamə” əsərlərinin elektron variantları bir neçə dildə bu bölmədə toplanıb.

“Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural Batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu” və s. türk epik dastanlarının elektron variantları layihənin ikinci bölməsində təqdim olunur.

Layihənin üçüncü bölməsində ümumtürk yazılı abidələrinin və ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərləri, monoqrafiyaları və ensiklopediyaların elektron variantları verilib. Məşhur alimlərdən V.V.Radlovun, S.Y.Malovun, B.A.Jetpisbayevanın, H.B.Paksoyun, M.İ.Çığın, Nizami Cəfərovun, Kamal Abdullanın, yazıçı Anarın və başqalarının tədqiqat əsərləri də bu bölmədə toplanıb.

Resursun dördüncü bölməsində ayrı-ayrı elmi nəşrlərdən – “Türkologiya”, “Bakı Slavyan Universitetinin Elmi əsərləri”, “Türk Dünyası İncelemeleri Dergisi”, “Milli Folklor”, “Kitabxanaşünaslıq və informasiya”, “İRS Naslediye”, “Sovetskaya tyurkologiya” jurnallarından və ədəbi-bədii nəşrlərdən “Azərbaycan”, “Qobustan”, “Ozan dünyası”, “Dədə Qorqud”, “Ulduz” jurnallarından seçmə məqalələrin mətnləri verilib.

Resursun tədqiqatçılar üçün xüsusi önəm daşıyan bölmələrindən biri də türkdilli xalqların kitab abidələri və folklor nümunələrinə aid müxtəlif dillərdə yazılmış kitabların və dissertasiyaların biblioqrafiyasının tərtib edilməsidir. Elektron resurs vasitəsilə internet istifadəçilərinə həmçinin, bu mövzuya dair faydalı linklərin ünvanları da təqdim olunur.

Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Məhərrəm Qasımlı, Buludxan Xəlilov və digər çıxış edənlər elektron kitabxananın əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, bu resurs türk xalqları arasında ilk dəfə Azərbaycanda hazırlanmış ciddi bir layihədir. Bu layihə türk xalqlarına məxsus olan müştərək yazılı abidələri bir sistem kimi elektron versiyada təqdim edir. Buraya xüsusilə qədim dövrdən başlayaraq bütün müştərək yazılı abidələr daxil olunub. Bu resursda diqqəti cəlb edən, türkoloji düşüncənin inkişafında mühüm addım hesab olunan əsas amil ondan ibarətdir ki, resursda ən görkəmli türkoloqların türk xalqlarına məxsus olan yazılı abidələri barəsində tədqiqatları yer alıb. Eyni zamanda konkret türk xalqlarına məxsus olan yazılı abidələr də bu elektron resursda öz əksini tapıb. Çıxış edənlər yeni yaradılan resurs barədə irad və təkliflərini də səsləndiriblər. Bildirib ki, elektron kitabxanada əsas diqqət yetirilməli məqamlardan biri də təsnifat məsələsidir.

 

 




Baxış sayı: 3 030
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30