"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini bərpa etmək lazımdır". Bunu İtaliyanın “Agenzia Nova” agentliyinə müsahibəsində ATƏT-in baş katibi Tomas Qreminger deyib.
O qeyd edib ki, ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik tərəfindən həyata keçirilən iş qoşunların qarşıdurma xəttində eskalasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir: “Təşkilatın fəaliyyəti münaqişənin həll edilməsi yox, sülh prosesinə nəzarət etməkdir. Münaqişənin həlli ilə bağlı məsuliyyət tərəflərin üzərinə düşür”.
Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb. (trend)
Baxış sayı: 1 707
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

