FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Fransanın “Mediapart” portalı: “Roşebluan: lobbiçilik və yalanlarla Ermənistanın xidmətində”
6-11-2017, 08:00 | TƏDQİQATLAR-ANALITIKA
Fransanın “Mediapart” portalı: “Roşebluan: lobbiçilik və yalanlarla Ermənistanın xidmətində”

Məqalədə bəzi Fransa parlamentarilərinin, xüsusilə də keçmiş deputat Fransua Roşebluanın erməni lobbisinə xidmət etməsindən bəhs olunur.

Müəllif bildirir ki, Fransanın keçmiş parlamentarisinin öz şəxsi və lobbiçilik maraqları üçün dünyəvi respublika olan, bütün dini azlıqların hüquqlarının qorunduğu Azərbaycan kimi bir ölkə haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirmək, onun imicinə xələl gətirmək cəhdləri rüsvayçılıqdır. Roşebluanın müsəlman icmasının çox olduğu Fransa kimi bir ölkədə İslam dinini islamizm kimi təqdim etməsi təhlükəli bir addımdır. Keçmiş deputatın bu addımı əslində birbaşa ölkənin təhlükəsizliyinə təsir edə bilər. Təəssüflər olsun ki, gizli islamofobiya meyilləri onsuz da Fransada çoxdur.

Məqalədə qeyd edilir ki, Fransua Roşebluan Luar departamentinin 3-cü seçki dairəsindən 30 il deputat olub. Bu müddət ərzində Milli Assambleyada eyni amallar uğrunda mübarizə aparıb: ermənilərin müdafiəsi. 2015-ci ildə Fransada erməni soyqırımının tanınması məhz onun xidmətləridir. O, həmişə çalışıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, BMT-nin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxmasını tələb edən 4 qətnamə qəbul etməsi kimi məsələlər həmişə diqqətdən kənarda qalsın. Uzun müddət Azərbaycan əleyhinə işləyən Fransa-Qarabağ Dərnəyinin, sonradan Milli Assambleyada Fransa-Ermənistan dostluq qrupunun sədri olmuş Roşebluan artıq deputat olmasa da, yenə də mənəviyyatdan uzaq əməllərini davam etdirir, Azərbaycanla möhkəm əlaqələri olan Fransanın maraqlarına zidd gedir. O, II Dünya müharibəsi zamanı Hitler rejimi altında nasistlərlə əməkdaşlıq etmiş erməni millətçisinə bu yaxınlarda abidə ucaltdırıb. Buna necə susmaq olar? Roşebluan hər şeyə hazırdır, təki nəyin bahasına olursa-olsun Ermənistanı müdafiə etdiyini göstərsin.

Müəllif yazır: “Azərbaycan kimi açıq bir ölkə necə islamçı kimi qələmə verilə və bu da cəzasız qala bilər, hansı media bunun yalan olmasına susa bilər? İsraillə yaxın əlaqəsi olan, bir çox yerlərdə, xüsusilə də Fransada kilsələrin bərpasını maliyyələşdirən bir ölkə haqqında bunu necə demək olar? Keçmiş deputatın Orli hava limanında Türkiyə Hava Yollarına məxsus bölmədə törətdiyi terror aktı nəticəsində 8 nəfərin ölümünə səbəb olmuş ASALA terror təşkilatını mühakimə etdiyi eşidilibmi? O, 2001-ci il sentyabrın 11-dən Bakının terrorizmə qarşı beynəlxalq mübarizədə fəal iştirak etdiyini xatırlatmağa cürət edərmi? Əlbəttə ki, yox”.

Yazıda vurğulanır ki, Azərbaycan Fransanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarına töhfə verir. Azərbaycan hərbiçiləri NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatlarında iştirak edir.

Qeyd edilir ki, Roşebluan həqiqəti görmək üçün Bakıya getməlidir. O gedib görməlidir ki, Bakı müasir, Qərbin bütün məşhur brendlərinin, dünya memarlarının əsərlərinin olduğu, qadınlara azadlıq verilmiş, bütün azlıqlara açıq bir ölkənin paytaxtıdır. Ancaq Roşebluan saxta, hətta böhtan dolu iddialar irəli sürməkdə davam edir və Azərbaycanın imicinə ziyan vurmağa çalışır. O, hətta Azərbaycana bu ölkədəki “vəziyyət”lə tanış olmaq üçün parlamentarilərdən ibarət komissiya göndərməyə cəhd edib. Lakin onun bu layihəsi məğlubiyyətə uğrayıb. Ən azından, bu məğlubiyyət ədalətin zəfəridir. KİV, siyasətçilər səhvlərini düzəldənədək, Yerevan və onun diasporunun 20 ildir dirijorluq etdiyi genişmiqyaslı manipulyasiyanı başa düşənədək bu məğlubiyyət ədalətin zəfəridir. Roşebluan isə bu manipulyasiyanın yalançı aktyorlarından biridir. (Azərtac)




Baxış sayı: 1 557
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30