.
Ermənistan rəhbərliyinin siyasi ambisiyaları xalqın iqtisadi maraqlarından üstündür. Bu da Ermənistanda iqtisadi problemləri daha da dərinləşdirir. AZƏRTAC xəbər verir ki, bu fikirləri tanınmış gürcü politoloqu Qeorqi Xuxaşvili Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı müsahibəsində söyləyib. Politoloq BTQ layihəsi ideyasının yaranma tarixi, reallaşdırılması, iqtisadi, siyasi, regional və dünyəvi əhəmiyyətindən danışıb, bu layihəni “Əsrin layihəsi” adlandırıb. Ümumi uzunluğu 828 kilometr olan bu yolun təkcə region üçün deyil, Asiya və Avropa üçün də mühüm əhəmiyyət kəsb edəcəyini xüsusi vurğulayıb.
Politoloq Ermənistanla bağlı maraqlı fikirlər də səsləndirib.
O, Ermənistanın belə bir gəlirli beynəlxalq iqtisadi layihədən kənarda qalmasını məhz rəsmi Yerevanın böyük və ölümcül səhvinin nəticəsi olduğunu bildirib. Politoloq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqaz ölkələrindən biri – Ermənistan “Əsrin layihəsi”ndən kənarda qalıb. Bu da Ermənistanın özü üçün daha çox pisdir. Bu layihədən kənarda qalmaq Ermənistana çox böyük zərər vurur. Bu ölkənin iqtisadi problemləri daha da dərinləşir.
Onun fikrincə bu problem Ermənistanın özü tərəfindən yaradılıb. Rəsmi Yerevanın siyasi ambisiyaları iqtisadiyyatı üstələyir. Ona görə də rəsmi Yerevan onu regional layihələrdən kənarda qoyan, şəxsi, ölümcül səhvinə görə çox böyük zərər çəkməlidir.
Baxış sayı: 1 721
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

