FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistanda rus dilinin "xariciliyi və qaranlıq gələcəyi"
12-10-2017, 10:05 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistanda rus dilinin "xariciliyi və qaranlıq gələcəyi"

Bəzi hallarda ikinci böyük millətin dili də rəsmi status alır, amma bu, daha çox Avropa qitəsində müşahidə edilir. Amma yenə də post-sovet coğrafiyasında müstəqillik sonrası belə hala rast gəlinir.

Ermənistanın da dil siyasəti var. Məsələn, Ermənistan Konstitusiyasının 20-ci maddəsində "Ermənistan Respublikasında dövlət dili erməni dilidir", deyə qeyd edilmişdir. Dil haqqında 1993-cü ildə qəbul edilən qanunun tələblərinə görə, başqa dillərdə, xüsusən də rus dilində tədris verən orta məktəblərin hamısı bağlanmış, erməni dilində tədrisə keçilmişdir.

Ermənistanda bütün orta məktəblərdə istisnasız olaraq ermənicədən başqa dildə dərs keçirilmir. Ölkədəki rus, kürd, assuri, yunan azlıqlar öz dillərində oxuya bilərlər, amma bu dili tədris edən məktəb yoxdur. Onlar sadəcə ermənicə dərs verilən məktəblərdə onlar üçün ayrıca təsis edilən siniflərdə oxuya bilərlər. Ölkədə yalnız 40 orta məktəbdə belə imkan var. Ermənistanda universitetlərdə də ermənicədən başqa dildə dərs keçilmir. İstisna yalnız 1997-ci ildə təsis edilən Rusiya-Ermənistan Universitetidir. Maraqlıdır ki, bu universitetə də qəbul olunmaq üçün imtahanlar erməni dilində keçirilir. Bu universitetin 11 fakültəsində təxminən iki min tələbə oxuyur.[i] Xaçatur Abovyan adına Pedaqoji Universitetin rus dili kafedrasının professoru, akademik Aydı Arutyunyan da 1993-cü ildən sonra ölkədə orta məktəblərdə rus dilində tədrisin ciddi problemlərlə qarşılaşdığını qeyd edir.[ii] Rus dilində dərs keçilən məktəblərin bağlanması səbəbindən ölkədə rus dilini bilənlərin sayında kəskin azalma müşahidə edilir . Ermənistan hökuməti 1999-cu ildə "Ermənistan Respublikasının ictimai-mədəni və təhsil sistemində rus dili" adlı konsepsiya hazılasa da, müsbət yöndə ciddi nəticələr əldə olunmamışdı. Son zamanlarda Ermənistanda rus dilinin tədris edilməsi istiqamətində ciddi müzakirələr gedir. Əlbəttə, bu müzkirələrdə Rusiya da tərəf kimi iştirak edir və təzyiq göstərir. Hələ cari ilin iyul ayında Ermənistan parlamentinin sədri Ara Babloyan Moskvada olarkən, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rus dilinin Ermənistanda rəsmi dil olaraq qəbul edilmədiyi üçün Ermənistan vətəndaşlarının sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmayacağını bildirməsi ciddi ajiotaja səbəb olmuşdu.[iii]

Ermənistanda bu məsələ barəsində müzakirələrin yenidən alovlanmasına səbəb baş nazir Karen Karapetyanın rus dilinin tədrisində saatların artırılması və bu dilin tədrisinə canlılıq gətirməsi haqqında göstəriş verməsi olmuşdu. Ermənistanın təhsil naziri Levon Mıkırtçyan baş nazirin belə göstəriş vermədiyini, sadəcə, xarici dillərin tədris metodikasında keyfiyyət dəyişikliyi edilməsi məsələsinin gündəmə gəldiyini desə də, rus dili ətrafında müzakirələr səngimir.

Ermənistanda rus dili müzakirələri səngimədən Rusiyanın təhsil naziri Olqa Vasilyevanın 25 sentyabrda Ermənistana səfər etməsi yeni sualları da bərabərində gətirmişdir. Vasilyeva Ermənistana səfərinin məqsədini "Mən təhsil və elm məsələlərini müzakirə etmək üçün burdayam. Biz rus dili və mədəniyyətinin öyrənilməsi sahəsinin dərinləşdirilməsi niyyətindəyik" şəklində izah etsə də,[iv] erməni KİV-ləri "bir qaşıq suda tufan qopararaq" səfərin əsas məqsədinin rus dilinə rəsmi status verilməsi olduğunu iddia edirlər.[v] Bu arada Moskvada fəaliyyət göstərən Lazarev gimnaziyasının bağlanacağı haqqında iddialar ortaya atılsa da, daha sonra gimnaziyanın bağlanmayacağı bildirilmişdir.

Ermənistanın müstəqillik elan etməsindən sonra ölkədə rus dilində təhsil verən məktəblərin bağlanması, rus dilinin sadəcə ermənicə dərs verən məıktəblərdə tədris edilməsi, dərs saatlarının azaldılması gerçəklikdir və bir çox hallarda Rusiya rəsmiləri bundan narahat olduqlarını dilə gətirirlər.

Müstəqilliyini elan edəndən sonra Rusiyaya qarşı siyasət aparan Gürcüstanda belə fəaliyyət göstərən 17 rusdilli orta məktəb bağlanmamışdı. Ermənistan isə bütün rusdilli orta məktəbləri bağlamış, rus dilinin ölkə daxilində geniş istifadə edilməsinin qarşısını almağa çalışmışdır. Görünən odur ki, Rusiya dövlət rəsmiləri də bunun fərqində olduqları üçün Ermənistandan rus dilinin tədris metodologiyasının dəyişdirilməsi və tədris sahəsinin genişləndirilməsini tələb edirlər. Bu məsələ hər iki dövlət arasında ciddi problem olmasa da, ictimai rəydə bir-birilərinə qarşı düşmən obrazının yaranmasına səbəb olur.

Newtimes.az Hatəm Cabbarlı, siyasi elmlər doktoru




Baxış sayı: 1 712
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031