Məlumata görə, Avropa Şurası (AŞ), Avrpa İttifaqı (Aİ), Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın iştirakçı qatılıb. Tədbiri giriş sözü ilə açan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev konfransın əhəmiyyətindən və cibercinayətkarlığa qarşı mübarizədən danışıb. K.Əliyev bildirib ki, kibercinayətkarlıq ən təhlükəli cinayətlərdən biridir. O qeyd edib ki, internet dövrünün, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə kibercinayətkarlıq ən aktual məsələlərdən biridir.
K. Əliyev vurğulayıb ki, Azərbaycanda cinayətkarlığın bütün növlərinə qarşı, o cümlədən kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır. İdarə rəisi bildirib ki, kibercinayətkarlıq bir neçə ölkə vasitəsilə törədiləndə daha təhlükəli olur: “Ona görə də Azərbaycan kibercinayətkarlığa qarşı beynəlxalq konvensiyaya qoşulub. Gələcəkdə də Azərbaycan cinayətkarlığın bütün növlərinə, o cümlədən kibercinayətkarlığa qarşı ciddi mübarizə aparmaq əzmindədir və bu sahədə əməkdaşlığa böyük önəm verir”. (trend)
Baxış sayı: 1 849
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

