FACT-INFO.AZ » AKTUAL » Yaqub Mahmudov: “Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil”
19-09-2017, 09:00 | AKTUAL
Yaqub Mahmudov: “Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil”

O, qeyd edib ki, Azərbaycan xalqı imperiya yaradan xalqdır: “Lakin Azərbaycan xalqına saxta tarix təqdim olunub. Guya indiki Ermənistan elə əvvəldən olub, Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Bu isə saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Tarixi reallığı dünyaya çatdırmaq məqsədilə rus, ərəb, ingilis, ispan, italyan və sair dillərdə kitablar ortaya qoymuşuq. Məqsəd ondan ibarətdir ki, dünya ictimaiyyətinə çatdıraq ki, ermənilər bura I Pyotrun göstərişindən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb gətirilmə etnosdur. Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb”.

Y.Mahmudov bildirib ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər, bütün bu qanlı tarix də ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb: “Çar Rusiyası erməniləri təpədən dırnağa qədər silahlandırıb, Azərbaycan xalqını yurd-yuvasından didərgin salıblar, soyqırımı həyata keçiriblər. Bizim tarixçilərimiz isə Sovet dövründə Çar Rusiyasına qatılmış Şimali Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim ediblər. Ermənilər də bundan geniş istifadə edərək Çar Rusiyasına qatılmış tarixi Azərbaycan torpaqlarını özlərinin qədim ərazisi kimi təqdim ediblər. 1828-ci il müqaviləsində yazılır ki, “İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilir”. Göründüyü kimi bu müqavilədə Ermənistan sözü yoxdur, çünki o vaxt Ermənistan yox idi, ermənilər hələ bu əraziyə yenicə köçürülürdü. Lakin bu tarixi saxtalaşdıraraq “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi qeyd edirlər. Odur ki, bizim tariximiz xalqa olduğu kimi təqdim edilməlidir”.

Tarix İnstitutunun direktorunun sözlərinə görə, Azərbaycan xalqı bilməlidir ki, Zəngəzur, İrəvan əraziləri, Cənubi Azərbaycandakı torpaqlarımız, eləcədə Borçalı, tarixi şəhərimiz olan Dərbənd Azərbaycan xalqının tarixidir: “Biz heç kimdən ərazi istəmirik, dünyanın yenidən bölüşdürülməsini tələb etmirik. Amma Dərbənd, Borçalı mənim tariximdir. İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir. Necə bu tarixdən əl çəkə bilərik ki, tanınmış Rusiya yazıçısı və diplomatı A.S.Qriboyedovun “Ağıldan bəla” əsəri 1827-ci ildə İrəvanda Xan sarayının Güzgülü zalında tamaşaya qoyulub. İrəvan bizim mədəniyyət və xalçaçılıq tariximizdir. “İrəvanlı” adında ən azı yüzlərlə böyük sənətkarımız var. Eləcədə “Borçalı”, “Tiflisli” adı ilə nə qədər böyük sənətkarlarımız tanınır. Biz bu tariximizdən əl çəkə bilmərik. Bu səbəbdən prezidentin göstərişi ilə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabını hazırlayaraq xarici dillərə tərcümə etdikdən sonra dövlət başçımızın təşəbbüsü ilə onun əsasında broşürlər buraxmağa başlamışıq. Həmin broşürlərdə İrəvan şəhərinin necə dağıdılması öz əksini tapıb. Təkcə İrəvan şəhərində 8 məscidimiz olub ki, indi onların heç biri qalmayıb.

Bircə Göy məscid qalıb ki, onun da bir hissəsini farslaşdırıblar, guya o ərazilərdə biz olmamışıq. Hansı ki, həmin ərazidəki bütün qədim tarixi abidələr Azərbaycan xalqına məxsusdur, ermənilərlə bağlı tarixi abidələrin isə yaşı vur-tut 200 ildən çox deyil, çünki 200 il bundan əvvəl ermənilər İrəvan xanlığının ərazisinə yenicə köçürülməkdə idi. Biz real tarixi bərpa edib dünyaya çatdırdıq ki, bu ərazinin tarixi, oradakı bütün tarixi abidələr bizə məxsusdur”.

Y.Mahmudov hesab edir ki, erməni vandallarının məhv etdiyi İrəvan xanlarının sarayı, məscidlər nadir tarixi abidələr idi: “Bu əraziləri idarə edən hakimlərin hamısı İrəvan xanları idi. Onların içərisində bir nəfər də erməni yoxdur, bu ərazilərin hamısını biz idarə etmişik. İrəvan qalası qəhrəmanlıq qalası idi. Biz o qalanı 4 dəfə müdafiə etmişik. Çar Nikolay həmin qalanı ala bilmirdi. Odur ki, tapşırıq vermişdi ki, İrəvan sərdarlarına pul verin, zəhərləyin, o şəhər bizim olmalıdır. Axırda sevincindən gəlib Xan sarayında bir gecə yatdıqdan sonra divara adını yazdı, ermənilər oranı ayaqyoluna çevirdi və sonra isə bütünlüklə sarayı dağıtdılar. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy Məscid qismən salamat qalıb. İndi ermənilər özlərini mədəni, bizi isə vandal xalq kimi göstərirlər. Biz bu məsələləri dünyaya çatdırmaqla demək istəyirik ki, elə isə, hanı Sərdarabad qalası, hanı qədim İrəvan şəhəri, hanı üç yüzdən artıq məscidimiz?”

Akademik əlavə edib ki, indi də ermənilər tərəfindən Qarabağda eyni ssenari aparılır: “Necə ki, İrəvan xanlığında bütün adlar dəyişdirilmişdi, indi də Qarabağdakı coğrafi adlar, mədəni və tarixi abidələr erməniləşdirilir. Bununla kifayətlənməyərək Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hamısının adını dəyişdiriblər. Ssenari eynidir, yenə də məscidlər, tarixi abidələr məhv edilir, tarix kökündən dəyişdirilir.
Təsadüfi deyil ki, prezident İlham Əliyev Astanada çıxışı zamanı qeyd edib ki, “Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Biz də bunları nəzərə alaraq tarixi faktlarla ayıltma işini görürük. Düşünürəm ki, gördüyümüz işin millətimiz üçün çox böyük mənası var. Ona görə ki, millət öz tarixinə sahib çıxmalıdır. Sən tarixini bilməsən səni udacaqlar, tarixinə sahib çıxsan səni heç kim məhv edə bilməz. Odur ki, biz tariximizə sahib çıxmalıyıq”.

Ceyhun ABASOV(525.az)




Baxış sayı: 1 790
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30