FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Rusiya-Türkiyə strateji tərəfdaşlığı: İzmir sərgisindən sonra gəlinən qənaətlər
8-09-2017, 10:10 | TƏDQİQATLAR-ANALITIKA
Rusiya-Türkiyə strateji tərəfdaşlığı: İzmir sərgisindən sonra gəlinən qənaətlər

Əsrlərlə Avrasiyanın iki böyük imperiyası bir-birinə düşmən siyasət yeridiblər. Təcrübə göstərir ki, belə gedişat, əslində, həm Türkiyəyə, həm də Rusiyaya ziyandır. Son illər iki böyük dövlət daha çox əməkdaşlığa meyl edirlər. Bu ilin avqustunda İzmirdə beynəlxalq sərgi-yarmarkanın keçirilməsi zamanı iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək barədə razılığın əldə edilməsi yeni ümidlər yaradıb. Analitik və ekspertlər Rusiya-Türkiyə yaxınlaşmasının faydalılığını əsaslandırmaq üçün müxtəlif arqumentlər gətirirlər. Biz onların bəziləri üzərində geniş dayanaraq, iki ölkə arasındakı əlaqələrin inkişafının doğrudan da, geniş geosiyasi məkanda müsbət nəticələr verəcəyini vurğulamaq istərdik. İzmir yarmarkası: rus-türk dostluğunda yeni səhifəyə doğru

Türkiyənin İzmir şəhərində "Izmir International Fair" adı ilə məşhur olan beynəlxalq yarmarka-sərgi avqustun 18-də işinə başlayıb. Bu, həmin ad altında keçirilən 86-cı tədbirdir. Onun əsas mövzusu "İnnovasiya və energetika"dır. Sərgi-yarmarka avqustun 27-ə qədər davam edib. Bu tədbirin əsası 1927-ci ildə qoyulub. Müəyyən fasilələrə baxmayaraq, indiyə qədər keçirilir. Artıq dünyanın ən mötəbər sərgi-yarmarkalarından biri hesab olunur. O, İzmirin gözəl guşələrindən olan Mədəniyyət parkında təşkil edilir. Bu il sərgi-yarmarkaya maraq daha böyük olub. Adətən orada xarici ölkələr Türkiyə ilə əməkdaşlığı inkişaf etdirə biləcək layihələr təklif edirlər. Builki tədbirdə həmin istiqamətdə daha çox fərqlənən Rusiya Federasiyası olub.

Rusiyanı sərgi-yarmarkada energetika naziri Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində xüsusi konfransların, seminarların, müzakirələrin keçirilməsi bir ənənəyə çevrilib. 86-cı sərgi-yarmarkada Türkiyə ilə Rusiya innovasiya, yüksək texnologiyalar, enerji və s. sferalarda qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək imkanlarını müzakirə ediblər (bax: Прорыв на южном направлении: как Россия закрепляется в Турции / "Россия сегодня", 19 avqust 2017).

Türkiyə və Rusiya nümayəndə heyətləri görüşdən sonra ümidverici bəyanatlarla çıxış ediblər. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqda qərarlı olduqlarını bəyan ediblər. A.Novak türk iş adamlarının Rusiya iqtisadiyyatına 10 milyard ABŞ dolları həcmində sərmayə qoyduğunu açıqlayıb. Ruslar da təqribən eyni həcmdə Türkiyə iqtisadiyyatına sərmayə qoyublar. Ancaq bu rəqəmi dəfələrlə artırmaq lazım gəldiyi də qeyd olunub.

Bunun üçün bir sıra imkanlar mövcuddur. Məsələn, Rusiya 2018-ci ildə Türkiyədə Aksu nüvə reaktoru quraşdırmağa başlamalıdır. Qaz sahəsində böyük layihənin reallaşdırılmasına başlanılıb. Kənd təsərrüfatı məhsulları artıq Rusiyaya aparılır. Bundan başqa, Türkiyə də Rusiyadan lazımi malları alır. O cümlədən hərbi sahədə əməkdaşlıq yeni səviyyəyə yüksəlir. Buna misal olaraq Rusiyanın S-400 zenit-raket sistemlərini Türkiyəyə satmasını göstərmək olar. Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı müqavilənin imzalandığı haqqında bəyanat verib.

Rusiyalı ekspertlər iki böyük dövlət arasında əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfə faydalı olduğu barədə analitik yazılar dərc edirlər. Onu vurğulayaq ki, cəmi bir neçə ay bundan öncə belə növ yazılar nadir hallarda mətbuatda dərc edilirdi. Rusiya mətbuatı adətən erməni daşnakların və kürd separatçıların maraqlarına uyğun gələn qərəzli yazıları çap edirdilər. Ancaq son dövrlərdə bu tendensiya səngimiş kimi görünür, çünki iki ölkənin rəsmiləri konkret əməkdaşlıq layihələrini sürətlə həyata keçirirlər. Əlavə olaraq, Rusiyadakı sağlam ekspert dairələri və analitik qruplar reallığı görürlər. İndi deyə bilərik ki, Türkiyə ilə Rusiya arasında tarixi dostluq və tərəfdaşlığın real təməllər üzərində qurulması üçün şans yaranıb. Burada bir məqamı mütləq vurğulamaq gərəkdir. Rusiya və Türkiyə arasında münasibətlərin konstruktiv məcraya yönəlməsində Ulu öndər Heydər Əliyevin çox ciddi fəaliyyəti olub. Bu kursu indi İlham Əliyev uğurla davam etdirir. Bunun nümunəsi kimi Ankara-Moskva qarşıdurması yarananda, Azərbaycan Prezidentinin xüsusi fəallıq göstərməsini xatırlada bilərik. Şübhəsiz, Rusiya və Türkiyə kimi iki böyük dövlət arasında əməkdaşlıqdan Azərbaycan da böyük fayda görə bilər.

Moskva-Ankara əməkdaşlığı: Azərbaycan faktorunun nəzərə alınması Əslində, bu məqamı rusiyalı analitiklər ayrıca qeyd edirlər. Məsələn, yuxarıda vurğuladığımız məqalədə Rostislav İşenko yazır ki, Ankara-Moskva münasibətlərinin inkişaf etməsi Qafqazdakı türk xalqları məsələsində tərəflərin daha müsbət tonda razılaşmasına imkan yaradacaq. Belə ki, mədəniyyət və tarixi olaraq Türkiyəyə meyl edən Qafqaz türkləri ilə bağlı Ankara Rusiyanın maraqlarını nəzərə alaraq siyasət yeridə bilər. Və eyni zamanda, Moskva regionda Ankaranın maraqlarını ciddi surətdə nəzərə ala bilər (bax: əvvəlki mənbəyə).

Rusiyalı ekspert bundan başqa Bosfor və Dardanel boğazlarının Rusiya hərbi donanması üçün açılması imkanın yüksəldiyini vurğulayır. Doğrudur, beynəlxalq konvensiyalar indi də rus hərbi gəmilərinə sərbəst surətdə boğazlardan keçməyə imkan verir, lakin bir sıra incə məqamlar vardır ki, onlar istənilən zaman vəziyyətin dəyişə bilməsini göstərir. Dost Türkiyə isə ən çətin zamanda belə Rusiya gəmilərinə yolu bağlamaz. Hazırda Yaxın Şərqdə geosiyasi mübarizə aparan Moskva üçün bunun nə dərəcədə əhəmiyyətli olduğunu dərk etmək çətin deyil.

Digər arqument Türkiyənin geosiyasi nüfuzu ilə bağlıdır. Rostislav İşenko vurğulayır ki, Rusiya-Türkiyə müttəfiqliyi Cənubi Qafqazda sabitlik və sülhün təminatçısıdır. Bu tezis xüsusilə erməni ekspertlərin regionda Ermənistanın rolu ilə bağlı gətirdikləri süni arqumentləri sabun köpüyü kimi dağıdır. Ermənilər sübut etməyə çalışırlar ki, Ermənistan-Rusiya əməkdaşlığı regionda sabitliyi təmin edir. Rusiyalı analitik isə tamamilə fərqli fikir ifadə edir. Regionda Rusiya-Türkiyə dostluğu real olaraq sakitliyin və sabitliyin təminatçısıdır. Şübhəsiz, Rusiya və Türkiyə qarşılıqlı anlaşma içərisində olurlarsa, orada mütləq Azərbaycan da var. Yəni, əslində, regionda sülh, sabitlik və əmin-amanlığı Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığı təmin etməkdədir.

Bundan başqa, analitik rus-türk dostluğunun Krımın təhlükəsizliyinə, Ukraynada anti-Rusiya əhval ruhiyyəsinin yatırılmasına böyük töhfə verdiyini vurğulayır (bax: əvvəlki mənbəyə). Bütövlükdə bu müttəfiqlik Rusiyanın cənub-qərb sərhədlərinin qorunmasında əvəzsiz imkanlar yaradır. Bu, Moskvaya hərbi qüvvələrini daha balanslı bölməyə şans verir. Cənub istiqamətində həddindən çox hərbi güc toplamaq zərurətini aradan qaldırır. Rostislav İşenko bunlarla yanaşı onu da qeyd edir ki, Rusiyanın Türkiyə və İranla əməkdaşlığı Suriya böhranının həllində uğur əldə etməyə əlavə imkanlar yaradır. Bununla Rusiya özü üçün strateji əhəmiyyəti olan bir regionda möhkəmlənmək imkanı əldə edir (bax: əvvəlki mənbəyə)
.

Nəhayət, Türkiyə ilə əməkdaşlıq Rusiyaya Qərb qarşısında bəzi coğrafi və hərbi üstünlüklər verir. Bunu Rostislav İşenko onunla izah edir ki, Türkiyə Avropada ən güclü orduya sahibdir və NATO bu faktdan Rusiyanı təcrid etmək, yaxud ən azından onu sıxışdırmaq üçün istifadə edir. Buna siyasətdə "türk kartı" deyilir. Bununla NATO və ABŞ-ın əlindən "türk kartı" alınır ki, onun da əhəmiyyətini Kreml çox gözəl bilir.

Bütün bunlar onu təsdiq edir ki, İzmir sərgi-yarmarkasında Rusiya və Türkiyə arasında yüksək səviyyədə əməkdaşlıq barədə müzakirələrin aparılması böyük nəticələr verə bilər. Belə ki, bütün sahələr üzrə əlaqələr strateji səviyyəyə yüksələ bilər. Bu da özlüyündə geniş geosiyasi məkanda dinamikanın ciddi surətdə yeniləşməsinə təkan verər. Lakin rus analitik bunun üçün Türkiyənin sabit strateji tərəfdaşa çevrilməsi gərəkliyini vurğulayır. Bu necə mümkün ola bilər?

Bu suala Rostislav İşenko cavab verməyə çalışır. Onun məntiqinə görə, başlıca olaraq iki ölkə arasında konkret əməkdaşlıq layihələrini reallaşdırmaq və onların sayını artırmaq lazımdır. Bu istiqamətdə fəaliyyətin yüksək texnologiyalı silahlar, nüvə enerjisi və qaz sahəsində əməkdaşlığı inkişaf etdirməkdən ibarət olduğunu qeyd edir.

Təbii ki, sadalanan faktorların hər birinin ciddi əhəmiyyəti vardır. Ancaq Rusiya və Türkiyə arasında əməkdaşlığın sabit strateji xarakter alması üçün başqa bir amil də tələb olunur. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlıdır. Yəni bu məsələ reallaşmasa, Ankara-Moskva münasibətlərinin tam olaraq səmərəli relsə düşməsi imkansızdır. Proseslərin gedişinin də bu tezisin doğru olduğunu təsdiqləyəcəyinə əminik. Newtimes.az




Baxış sayı: 2 078
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031