FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan Rusiya üçün yeni Ukraynaya çevriləcəkmi?
4-09-2017, 09:50 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan Rusiya üçün yeni Ukraynaya çevriləcəkmi?

Məqalədə Ermənistanda çoxsaylı Qərb fondlarının və amerikapərəst siyasətçilərin fəaliyyət göstərdiyi vurğulanır. Məqalədə politoloq Karine Gevorqyanın sözlərindən sitat gətirilir: "Amerikadakı eyni erməni icmasının nüfuzu nəzərə alınmır... Ermənistan da eynilə Ukrayna kimidir: burada da oliqarxlarla işləyir, cəmiyyətlə isə işləmirlər. Bizdə bir dənə də rusiyapərəst resurs yoxdur, Ermənistanda rusiyapərəst siyasətçilər yoxdur, biz bütün bunları itirmişik. Ukrayna ilə olduğu kimi, bizdə də həmin mənzərədir - biz indi bu vəziyyətin partlayış həddində dayanmışıq". Rusiyanın Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev də "Vestnik Kavkaza"nın müxbiri ilə söhbətində həmin problemi göstərib və əlavə edib ki, prezident Serj Sarkisyanın respublikada əsas rusiyapərəst siyasətçi kimi qəbul edilməsi problemi dərinləşdirir. "Ermənistan o qədər də populyar olmayan, Rusiya təsiri ilə möhkəm assosiasiya edilən, bununla belə, olduqca aşağı reytinqə malik Serj Sarkisyanın girovuna çevrilib. Sarkisyana və bunun nəticəsi olaraq Rusiyaya etibarın səviyyəsi indi xeyli aşağıdır", - söyləyən Nikita İsayev onu da əlavə edib ki, Rusiya Ermənistana münasibətdə hər hansı dəqiq siyasi xətt nümayiş etdirmir. Nikita İsayev, həmçinin vurğulayır ki, indi Ermənistanda bütün hökumət təsisatları aşağı legitimlik dərəcəsinə malikdir və bu, Rusiyaya olan münasibətə birbaşa təsir edir. Çünki həmin hökumət orqanları rusiyapərəst kimi qəbul olunur. Buna görə də erməni cəmiyyəti öz hökumətindən Qərbə doğru dönüş tələb edir və hökumət də buna gedir: burada həm Avropa Şurası ilə inteqrasiyanın yüksək səviyyəsi, həm də NATO ilə dərin əlaqələr var və bunu hərbi təlimlər də təsdiqləyir. Sözsüz ki, yerli KİV-lərin fəaliyyəti problemi daha da dərinləşdirir. "Ermənistanda mahiyyət etibarilə rusiyapərəst KİV, -əslində bu da şərtidir, - yalnız "Sputnik-Armenia" və ola bilsin ki, "News Armenia"dır. Yerdə qalan KİV-lərin böyük əksəriyyəti ya bitərəfdir, ya da qərbpərəst mövqe tutur", - deyə rusiyalı politoloq bildirir. "Ermənistanda humanitar, infrastruktur və iqtisadi layihələrin Qərb və Rusiya tərəfindən dəstəklənməsi müqayisəedilməzdir və mən qorxuram ki, biz Ermənistanı təkcə itirməyə başlamamışıq, həm də 2-3 ilədək Ermənistanın simasında birbaşa düşmən qazana bilərik", - deyə Nikita İsayev proqnozlaşdırır. Onun fikrincə, bu cür vəziyyətə yol verilməməsi üçün "yumşaq güc"ün effektiv tətbiqi lazımdır. Antirusiya əhval-ruhiyyəsindən danışan Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyir: "Biz çoxdan müşahidə edirik ki, Ermənistan hökumət orqanları antirusiya şirkətlərinin xaricdən maliyyələşdirilməsinin qarşısını almaq üçün qətiyyət göstərmir və Qaregin Njde kimi millətçi əlbirləri tərifləyərək bu siyasət üçün əsas yaradır". "Risklər kifayət qədər ciddidir: ya "maydan", ya da Ermənistan hökumətinin antirusiya yolu üzrə təkamülü. Bu, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasına da, NATO ilə hərbi əməkdaşlığın genişləndirilməsinə də gətirib çıxara bilər. Perspektivdə Ermənistan Rusiyaya daha bir düşmən dövlətə çevrilmək iqtidarındadır: ya Ukrayna, ya Baltikyanı ölkələr, ya da Moldova kimi. Bizdə şübhə yoxdur ki, Ermənistanın da, Ukraynanın da, Moldovanın da əhalisi Rusiyaya müsbət yanaşır. Lakin əhalidən heç kim heç nə soruşmur, hökumətlər isə öz oyununu oynayır", - deyə Sergey Markov bildirib. (Azərtac)




Baxış sayı: 1 714
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30