“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı iqtisadi fəsadlar və problemin həllindən sonra atılacaq addımlarla bağlı təkliflərin hazırlanması” adlı layihəyə start verib.
Layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması təşəbbüslərinə dəstək verməkdir. Eyni zamanda beynəlxalq ictimaiyyəti torpaqların azad edilməsindən sonra Ermənistanın dəymiş ziyanı ödəməyə borclu olduğuna inandırmaqdır.
Layihə müddətində təşkilat ingilis dilində broşurun nəşri etdirəcək, xarici mətbuatda problemin yaratdığı iqtisadi və humanitar fəlakət haqqında məqalələri dərc etdirəcək, problemin həllindən sonrakı dönəmdə beynəlxalq hüquqa uyğun atılacaq addımlar haqqında təkliflərlə çıxış edəcək. Bundan başqa internet üzərindən petisiya təşkil edilərək nəticələr beynəlxalq təşkilatlara ünvanlanacaq. Layihənin icra müddəti 4 ay nəzərdə tutulur.
Baxış sayı: 1 609
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

